Dünyanın ən gizli saxlanılan 3 sirri
Bizi izləyin

Bilgi.az

Dünyanın ən gizli saxlanılan 3 sirri

Bu sirlər dövlət sirri deyil, amma dövlət sirlərindən də yaxşı saxlanılır.

Publika.Az dünyanın ən yaxşı saxlanılan 3 sirrini təqdim edir.

1) “Coca Cola”nın formulu

Dünyanın ən çox gəlir gətirən şirkətlərindən olan “Coca Cola” formulunu ömürlük saxlamağa qərar verən şirkətlərdən biridir.

Bu içkinin tərkibi hamını maraqlandırır. Amma hər kəsə məlum olan köpüklü su, yüksək dərəcədə fruktoza, kofein və qəhvə rəngli boya maddəsidir.

“Coca Cola”nın sirrini isə yalnız iki nəfər bilir. Ehtimallara görə, həmin iki nəfər formulun yarısını bilir və birlikdə olarkən formul ortaya çıxır.

Formulun əsli və surətləri Atlanta şəhərindəki SunTrust bankında saxlanılır. Bu sirrin qorunması üçün şirkət banka 48.3 milyon dollar pay ayırıb.

2) KFC-nin şəfalı otu və sosiskası

KFC firmasının menyu sirləri 30-cu illərdə yanacaqdoldurma stansiyası işlədən Harland Sandersin müştərilərinə satdığı toyuqlardan qaynaqlanır.

1936-cı ildə toyuq satmaqla məşhurlaşan Sanders restoran açmağa qərar verir, amma şirkətin əsl sirri 11 şəfalı ot və xüsusi sosisləri olur.

“Coca Cola” firmasında olduğu kimi bu sirri 2 nəfər bilir.

KFC-nin əsas sirri şirkətin binasında saxlanılır. Əsas bazadakı təhlükəsizlik rəhbərinin dediyinə görə, bu sirri 2 metr qalınlığında divarlar, yüzlərlə kamera, 24 saat silahlı olan şəxslər, 2 fərqli açar, 2 fərqli PİN kodu olan otaq qoruyur.

3) Oliver Kromvelin başının olduğu yer

Oliver Kromvel XVII əsrdə İngiltərədə monarxiya rejimini təkbaşına devirən önəmli şəxsiyyətlərdən biridir.

Kromvelin ölümündən sonra monarxiya sistemi yenidən qurulub. Kral II Karl məzarı qazılaraq, Kromvellin yenidən edam olunmasını əmr edib.

Cəsədi 12 saat ipdən asılı saxlandıqdan sonra başı kəsilər. Onun kəlləsi muzeyə verildikdən sonra bir kolleksiyaçıya satılır.

Kəllənin son sahibi 1957-ci ildə öldükdən sonra onu saxlamaq istəməyən oğlu basdırmaq üçün yer axtarır. Kəllni basdırmaq üçün 3 il yer axtaran ailə nəhayət buna nail olur. Hazırda həmin yeri yalnız Kembric Universitetindən iki professor bilir. Qəbrin üstündə bir işarə olmasa da, məzara yaxın yerdə kəllənin basdırıldığı yeri göstərən bir işarə var. Bunu da yalnız həmin 2 professor bilir.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm