Ebolanın peyvəndi hazırdır
Bizi izləyin

Bilgi.az

Ebolanın peyvəndi hazırdır

Almaniyanın Hamburq Universiteti xəstəxanası Ebola virusuna qarşı peyvəndi test etməyə başladığını açıqlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, xəstəxana 30 könüllü üzərində araşdırma aparıb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən peyvəndin təsdiqləndiyi açıqlanıb.

Test mərhələsində olan peyvəndin insanlara necə təsir edəcəyi, hansı effekt verəcəyi araşdırılır. 30 könüllüyə vurulacaq peyvənd onların Ebolaya yoluxmalarının qarşısını alacaq. Araşdırma altı ay davam edəcək.

Almaniyalı rəsmilər Afrika ölkələrinə yardım üçün gedənlərin geri qayıtması və qrip mövsümünün başlanması ilə əlaqədar Ebolaya yoluxanların sayının artacağını bildiriblər. Lakin onların sayının çox olmayacağı ehtimal edilir.

Qeyd edək ki, Ebola ilk dəfə 1976-cı ildə aşkarlanıb. Bu günə qədər Liberiya, Qvineya və Sierra Leonada 5 mindən çox insanın bu virusdan öldüyü bildirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm