Hərbçi ruhunu daşıyan uşaq
Bizi izləyin

Bilgi.az

Hərbçi ruhunu daşıyan uşaq

ABŞ-da yaşayan ana 4 yaşlı uşağının bədəninə ruh girdiyini iddia edir.

Dörd yaşlı Endrünün anası Mişel Lukas bildirib ki, onun oğlunun bədəninə 1983-cü ildə Beyrutda kazarmanın bombalanması zamanı həlak olan dəniz hərbi qoşunlarının serjantı Val Lüisin ruhu girib.

Maraqlısı odur ki, Virciniya ştatından olan 4 yaşlı uşaq ötən əsrdə Beyrutda həlak olan hərbçinin ölümünü xatırlayır. Mişel Lukas deyib ki, Endrünün sözlərinə görə, o, 1983-cü ildə kazarmada həlak olub. Mişel deyib: "Endrü 23 oktyabr 1983-cü il tarixini öz ölüm günü kimi xatırlayır. Müəyyən müddətdən sonra o, ağlayaraq isterikaya düşür. Məndən nə baş verdiyini soruşduqda isə o, göz yaşları ilə baxaraq həmişə eyni sualı verir: "Sən nəyə görə mənim yanğında ölməyimə icazə verdin?" Onun özü kimi, mən də qorxuya düşürəm".

Qadının sözlərinə görə, Endrü həmyaşıdlarından fərqlənir: o, öz doğum tarixindən xeyli əvvəl baş verən hadisələri təfərrüatı ilə danışır.

Mişel yerli televiziya kanalına müsahibə verərək deyib: "Mən ondan bir sıra hadisələri müəyyən etmək üçün ona bəzi suallar verdim, Endrü bütün bunlara çox müfəssəl cavab verdi. Onun sözlərinə görə, əvvəllər Corciya ştatında yaşayıb. Mən özüm axtarış aparmağa çalışdım və bu işdə "Ghost İnside My Child" (Övladımın içindəki ruh) televiziya şousu mənə yardım etdi. Proqram sayəsində biz bombardman nəticəsində həlak olan serjantın qəbrini tapıb ziyarət etdik".

Endrü fotolara baxaraq oradakı hərbçilərin ad və soyadlarını da deyib və onlardan bəzilərini yaxın dost adlandırıb.

Qəbir üstünə aparılan Endrü ailəsini daha da heyrətləndirib: o, əminliklə serjant Lüisin qəbrinə yaxınlaşıb və məzarın üzərinə gül qoyub. Sonra isə yaxınlıqdakı qəbirə tərəf qaçaraq deyib: "Bu, mənim dostumdur".

Mişel oğlunu qəbir üstünə apardıqdan sonra Endrünün qəribə xatirələrdən azad olunacağına ümid edib. Lakin hər şey onun gözlədiyi kimi olmayıb və qadın deyib: "İki həftə bundan əvvəl mənim otağımın divarında qəribə bir emblem peyda oldu. Bilmirəm, evimdə ruh var, ya yox. Ümid edirəm ki, bu suallara ekstrasenslər cavab verəcək".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm