• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Zibillikdən 52 kiloqram qəpik tapıldı - FOTO

  • Maraqlı
  • 12 Noyabr 2014 22:53
  • 921 Baxış
Zibillikdən 52 kiloqram qəpik tapıldı - FOTO

Bakıda son 5 ayda toplanan məişət tullantıları arasından 52 kiloqramadək müxtəlif növdə qəpik yığılıb.

Həmin pullar "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə (ASC) aid Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənərək zibil kütləsindən ayrılıb. Bu barədə Trend-ə ASC-nin mətbuat xidmətindən məlumat verilib.

"Təmiz Şəhər" ASC-nin mətbuat katibi Vüqar Babayevin verdiyi məlumata görə, şəhərin müxtəlif hissələrindən toplanmış tullantılar Balaxanıdakı çeşidləmə zavoduna gətirilir. Burada isə qarışıq tullantının tərkibindən təkrar emal üçün yararlı sayıla biləcək dəmir, şüşə, kağız, plastik hissələr seçilərək çeşidlənir və uyğun təkrar emal zavodlarına göndərilir. Bu zaman tullantıların içindən tapılan əşyalar da tullantıdan ayrılır. Bu tapıntılar arasında bəzən vacib sənədlər, silah hissələri və ya pul olur. Yığılan bu tip əşyalar aidiyyəti qurumlara təhvil verilir.

Son 5 ayda toplanmış qəpiklər təmizlənib yığılaraq Mərkəzi Banka təhvil olunacaq və qəpiklərin dəyəri qədər kağız pullarla əvəz olunacaq. "Təmiz Şəhər" ASC həmin vəsaitlə xeyriyyə məqsədilə müxtəlif hədiyyələr alaraq Bakıda yerləşən uşaq evlərindən birinə bağışlayacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR