Bilgi.az
7 futbolçu cinsi mənsubiyyətini gizlətdi, yığmadan qovdular
Publika.Az xəbər verir ki, Britaniyanın “The Daily Telegraph” qəzetinin Yaxın Şərq müxbiri Robert Tait yazır ki, İranın futbolçu qadınları icbari təftiş zamanı doğrudan da qadın olduqlarını sübut etməlidirlər.
Qəzet yazır ki, ölkənin futbol rəhbərliyi belə tədbirlərə, bir
sıra qadın komandalarında, o cümlədən milli yığmada kişi cinsindən
olan və ya cinsiyyəti dəyişdirən cərrahiyyə əməliyyatından tam
keçməmiş, habelə seksual inkişaflarında problemli şəxsləri aşkar
etdikdən sonra əl atmaq qərarına gəlib.
İranda cinsiyyıət dəyişdirilməsi üçün cərrahiyyə əməliyyatları
İslam inqilabının banisi Ayətullah Ruhollah Khomeini-nin fətvasına
əsasən qanunidir.
Şərhçilər qeyd edirlər ki, ümumiyyətlə, bu fətva ölkənin əsas
qanunu sayılan şəriətin cinsi mənəviyyat müddəaları ilə ziddiyyət
təşkil edir.
İranın idman rəsmiləri bildiriblər ki, yeni qaydalara uyğun olaraq
həkimlər ölkənin qadın futbolu üzrə premyer liqasının, o cümlədən
mini-futbol komandalarının məşqlərinə qəfil reydlər edəcəklər.
Cinsiyyətini dəyişənlərə qadağan yoxdur
İran Futbol Federasiyasının tibb komitəsinin rəhbəri Ahmad
Hashemian deyib ki, klubların özləri hər hansı futbolçu ilə
kontrakt imzalamazdan əvvəl onun cinsiyyətini tibbi şəkildə
yoxlayıb təsdiq etməyə borcludur.
O deyib ki, qadınlığını isbat edə bilməyənlər qadın futbolundan
kənar edilməlidirlər.“Əgər bu adamlar cərrahiyyə vasitəsilə öz
problemlərini həll edə bilsələr, bundan sonra onlara qadın futbol
yarışlarında iştirak etmək icazəsi veriləcək.” – deyib cənab
Hashemian İRNA agentliyinə.
İranda cinsiyyətin dəyişdirilməsi məqsədilə əməliyyatlar aparılır
və bütün proses hormon terapiyası da daxil olmaqla iki ilədək davam
edə bilər.
7 futbolçu artıq xaric edilib
İRNA agentliyinin məlumatına görə, federasiyanın cinsiyyət
sərancamı əsasında artıq 7 futbolçunun kontraktları ləğv
edilib.Deyilənlərə görə, İranda qadın futbolçuların cinsiyyəti
barədə ilk narahatlıq 4 il əvvəl, komandalardan biri rəqib
komandanın qapıçısı barədə şübhələrini rəsmən bildirdikdən sonra
yaranıb.
Futbol İran qadınları arasında son dərəcə populyardır, hərçənd
qadınlara kişi futboluna tamaşa etmək üçün stadionlara getmək
qadağandır.
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu