Cırtdanla azmanın görüşü – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Cırtdanla azmanın görüşü – FOTOLAR

Türkiyəli Sultan Kösen dünyanın ən ucaboylu insanı hesab olunur. Bu gün o, dünyanın ən kiçik boylu sakini olan nepallı Çandra Danqi ilə görüşüb.

Bu haqda "Guinness World Records"-un "Twitter" səhifəsində xəbər verilib. Qeyd edək ki, Kösenin boyu 251 santimetr, Danqinin boyu isə 54,6 santimetrdir.

Həmçinin o da qeyd olunur ki, bu, bəşəriyyətin ən ucaboylu və alçaqboylu insanının ilk görüşüdür. Görüş Ginnes Rekordlar Kitabının 60-cı ildönümü və Ginness Rekordlar Günü münasibətilə Londonda baş tutub.

Ginnes Rekordlar Günü hər 10 ildən bir qeyd olunur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm