Ölmüş qadın morqda dirildi - FOTO
Bizi izləyin

Bilgi.az

Ölmüş qadın morqda dirildi - FOTO

Polşada qadın 11 saat morqda qalandan sonra ayılıb.

Axar.az RİA Novostiyə istinadla xəbər verir ki, Polşa həkimlərinin ölü kimi qeydə aldıqları qadın 11 saat morqda qalandan sonra ayılıb.

Polşa KİV bildirir ki, qeyri-adi insident Ostruv-Lübelski şəhərində baş verib. Səhər sakini, 91 yaşlı Yanina Kolkeviç (Janina Kolkiewicz) morqun soyuducu kamerasında ayılıb. İçərisində "cəsəd" olan qara kisənin tərpəndiyini görən müəssisə əməkdaşları hədsiz dərəcədə həyəcanlanaraq təşvişə düşüblər.

"Mən ölüm haqqında şəhadətnaməni tərtib etmişdim. İndi şokdayam, nə baş verdiyini anlamıram: onun ürəyi döyünmürdü, o, nəfəs almırdı. Mən əmin idim ki, o ölüb", - deyə həkim Veslava Çij (Wieslawa Czyz) jurnalistlərə bildirib.

"Dirilən qadın"ın qohumu Boqumula Kolkeviç bildirib ki, xalası morqda olmasını xatırlamır: "Onu evə gətirəndə soyuqdan şikayət etdi və isti çay istədi".

Polis baş vermiş əhvalata dair təhqiqata başlayıb. Ölüm haqqında şəhadətnamə verən həkimin cinayət məsuliyyətinə cəlb ediləcəyi istisna deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm