Qədim misirlilərin gözəllik sirri
Bizi izləyin

Bilgi.az

Qədim misirlilərin gözəllik sirri

Bizim dövrümüzə kimi kosmetika haqqında bir sıra yazılı məlumatlar gəlib çıxıb. Onlardan biri də Kleopatraya məxsus "Üz üçün dərmanlar" adlı traktatdır. Publika.az traktatdan olan bir sıra gözəllik reseptlərini təqdim edir.

Üz üçün krem

Bir qaşıq badam yağına 2 damcı büxur (dini ayinlər üçün yandırılan ətirli qətran) əlavə edin. Onları qarışdırıb təmiz üzə çəkin. Badam yağının tərkibində təbii antioksidant hesab olunan E vitamini var. O, üzdə yağ qaysağı qoymadığı üçün alınmış maskanı yağlı dəriyə də sürtmək olar. Buxur isə dərini canlandırır.

Saçların canlanması üçün

Ağ şam ağacı yağı, rozmarin yağı, badam yağı, gənəgərçək yağı və samanlıq güldəfnəsi yağını qarışdırın. Maskanı saçın diblərinə çəkin və 30 dəqiqə saxlayın. Sonra isə su və şampunla yuyun. Belə bir maskanın saçların uzanmasına da xeyri var.

Qabıq və saç tökülməsi əleyhinə maska

İki zəncəfil kökü, 3 xörək qaşığı küncüt yağı və azca limon suyu hazırlayın. Limon suyunu zəncəfil kökü və küncüt yağı ilə qarışdırın. Saçınızı masaj edə-edə maskanı saç diblərinə sürtün. Bu proseduru həftədə 3 dəfə edin. Alınmış maskanı soyuducuda saxlamaq olar.

Dəri üçün

Yarım stəkan quru südü 3-4 stəkan maye bal, 2 çay qaşığı jojoba yağı ilə qarışdırın. Alınmış məhlulu vannaya əlavə edin. Vannada 20 dəqiqə oturun. Komponentlər dərinizi təravətləndirəcək.

Qırışlara qarşı maska

Maye bala 1 stəkan yağsız süd, 2 xörək qaşığı aloye əlavə edin. Maskanı səhər və axşam üzünüzə çəkin. Bu məhlul soyuducuda 3 həftəyə kimi qala bilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm