Bilgi.az
Dünya siyasətçilərindən biabırçı VİDEOLAR
Siyasət hiyləgər və amansızdır.
Məsələn, alicənablıq instinktinə görə qadının soyuqdan donmaması üçün çiyinlərinə adyal atsan, sənin bu hərəkətini müzakirə edib, qadını adyaldan və "namussuzluqdan" xilas etməyə çalışacaqlar. Rusiya prezidenti Vladimir Putin və Çinin birinci xanımı Pen Liyuanla bağlı hadisə bunu sübut edir.
Publika.az siyasətdə baş verən bir sıra biabırçı situasiyaları təqdim edir.
Corc Buş və Angela Merkel
2006-cı ildə Sankt-Peterburqda keçirilən "Böyük səkkizlik" sammitində, ABŞ prezidenti Corc Buş qəfildən stulda əyləşmiş Almaniya kansleri Angela Merkelin çiynindən yapışır. Merkel bu hərəkətdən qəfil heyrətə gələrək yad əlləri çiyinlərindən kənarlaşdırmağa çalışır.
Nikolya Sarkozi
2007-ci ildə "Böyük səkkizlik" samitində Fransa prezidenti Nikolya Sarkozi mətbuat konfransına gecikib. O, gecikməyinin səbəbini Vladimir Putinlə keçirdiyi uzun danışıqlarla bağlayıb. Bundan əlavə, o, görünür, üstəlik, sərxoş da olub: yerində yırğalanıb, yersiz gülüb, əzilib-büzülərək tədbirə necə başlayacağını bilməyib.
Boris Yeltsin
Yeltsin isə oxuması, rəqs etməsi və dirijorluğu ilə məşhurdur.
Bill Klinton
Ölkəni idarə etmək, görünür, çox darıxdırıcı məşğuliyyətdir. Yəqin, elə buna görə də, Martin Lüter Kinqin xatirə günündə prezident tədbirdəcə yuxuya gedib.
Ata Corc Buş
Bəzən orqanizm özü dövlət başçılarını pis vəziyyətdə qoyur. Məsələn, 1992-ci ildə Yaponiya baş nazirinin verdiyi ziyafət zamanı ata Corc Buşun ürəyi bulanıb. Bundan sonra onun ürəyi gedib və prezident stola yıxılıb.
Cerald Ford
ABŞ prezidenti daha çox təyyarədən enən zaman yıxılması ilə yadda qalıb. 1975-ci ildə Cerald Ford Avstriyaya səfəri zamanı təyyarənin pilləkənlərindən sürüşüb yıxılıb. Eyni hadisə o, vətəninə dönərkən də baş verib, prezident təyyarə pilləkənlərində növbəti dəfə sürüşüb.
Silvio Berluskoni
ABŞ-da Barak Obamanın prezident seçildiyi vaxt İtaliyanın baş naziri Silvio Berluskoni gündən qaralmış dərisi ilə ictimaiyyət qarşısına çıxıb.
Nura
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO