Erkən hamiləliyə qarşı mübarizə üsulu – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Erkən hamiləliyə qarşı mübarizə üsulu – FOTOLAR

Venesuela mağazalarının vitrinində məktəbli forması geydirilmiş manekenlər sərgilənir.

"Yenidən məktəbə" kampaniyası çərçivəsində Karakasın paytaxtında yerləşən ticarət mərkəzində məktəb forması geyinmiş azyaşlı hamilə manekeni qoyulub.

Fiqurlar ölkədə erkən hamiləliklə mübarizə aparan xeyriyyə fondu tərəfindən işlənib hazırlanıb. Venesuela yeniyetmələr arasında hamiləliyə görə Cənubi Amerika ölkələri sırasında birinci yeri tutur. Ölkədə hər üç dəqiqədən bir 18 yaşlı qız hamilə qalır.

Manekenləri hazırlayan 20 yaşlı tələbə deyib: "Bəli, vitrində məktəbli formasında hamilə manekeni görmək dəhşətlidir. Lakin hamilə yeniyetmə qızla üz-üzə gəlmək daha dəhşətlidir. Fikirləşirəm ki, manekenlərim insanları düşündürəcək".

Lakin 18 yaşlı qızlardan biri bu fikirlərə qoşulmayıb. O deyib: "Əgər mən ana olsam, istəməzdim ki, uşağım yoldan keçərkən bu manekenləri görsün".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm