Qab yumaq istəməyənlər üçün: yeməli boşqablar – FOTOLAR\VİDEO
Bizi izləyin

Bilgi.az

Qab yumaq istəməyənlər üçün: yeməli boşqablar – FOTOLAR\VİDEO

Əgər çirkli qabları yumaq və birdəfəlik qablardan istifadə etmək istəmirsinizsə, o zaman sizin üçün faydalı görünə biləcək yeni avadanlıq kəşf olunub. Daha dəqiq desək, bu avadanlıq yeməlidir.

Belçika dizaynerləri qab yumaq istəməyən insanlar üçün çıxış yolu tapıblar: qabı yumaqdansa, onu da yeməklə birgə yeyə bilərsiniz. Kəşf olunmuş qidalı konteynerlər sizin canınınızı çirkli qab-qacaqdan və ətrafı zibilləyən birdəfəlik qablardan qurtaracaq. Bundan əlavə, yeyilə bilən boşqablar tez həzm olunur və neytral dada malikdir.

İdeya belə yaranıb: bir gün gənc belçikalı təsisçilər Elen Oiua və Tibo Jilkyin möhtəşəm bir gecə əyləncəsi təşkil ediblər. Gecədən onlara çoxlu yuyulmamış qab qalıb. Onda Tibo dostuna deyib: "Boşqablar da yeyməli olsa, yaxşı olardı".

Bu zarafat yeni ideyaya təkan verib. Nəticədə, cütlük kartof nişastası, su və yağ qarışığından hazırlanmış qidalı konteynerlər icad edib.

Belə bir materialdan hazırlanmış qab özündə sousu da saxlaya bilir. Bundan əlavə, bu qabları sobaya da qoymaq olur.

Gələcəkdə yeyilə bilən qazan, qədəh, stol avadanlıqlarının da ixtirası planlaşdırılır. Güman ki, yaxın gələcəkdə planetimizdə zibilin artmaması üçün təqvimdən qoparılmış kağızlar da yeyiləcək.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm