Narkotiklərin dəyişdiyi məşhurlar – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Narkotiklərin dəyişdiyi məşhurlar – FOTOLAR

İnsan özünü məhv etməyə meyilli varlıqdır.

Hər şeyin yaxşı getdiyi an o, spirtli içki və narkotiklərə qurşana bilər. Nəticədə, sevə-sevə pərəstiş etdiyimiz məşhur insanlar gözümüzün qabağındaca çirkinləşir və ya həyatlarını itirirlər.

Publika.az narkotik və içkinin eybəcərləşdirdiyi məşhur insanların fotolarını təqdim edir.

Makoley Kalkin 1990-cı illərin ən çox sevilən uşağı idi. Tamaşaçılar onu daha çox "Evdə tək" filmindən tanıyırlar. Hazırda 34 yaşlı aktyor narkotik asılılığına qarşı mübarizə aparır.

Heri Byuzi vaxtılə Amerika kino akademiyasının ən yaxşı kişi rolu mükafatına layiq görülüb. Kokain qəbulundan sonra o, avtomobil qəzasına düşüb. Hazırda aktyorun bir gözü tamamilə kordur və o, qüsurunu ört-basdır etmək üçün şüşə gözdən istifadə edir.

Yan-Maykl Vinsent bir vaxtları məşhur televiziya aparıcısı olub. Hazırda o, əyyaşlıqla mübarizə aparır və onun sağ ayağı amputasiya olunub.

Mayk Tayson öz zamanının boks üzrə çempionu hesab olunur. İndi isə o, alkoqolizmdən və biopolyar pozğunluq kimi tanınan manyakal-depressiv psixozdan əziyyət çəkir.

Aksel Rouz "Guns N’ Roses" adlı rok qrupun vokalçısı olub. Hazırda narkotiklərdən asılılıq yaşayır və o da psixozdan və biopolyar pozuntudan əziyyət çəkir.

Boy Corc "Culture Club" məşhur qrupun ən yaraşıqlı vokalçısı idi. O, uzun müddətdir ki, heroinlə mübarizə aparır.

Ozzi Osborn "Black Sabbath" qrupun ən məşhur üzvüdür. Ozzi musiqiçi və vokalçı kimi bir çox dünya rok ulduzlarına təsir edib. Lakin narkotikdən asılılıqla mübarizə apara bilmir.

Uitni Hyuston dünyanın ən məşhur ifaçısı olub. Dünyada ən çox satılan albom da ona məxsusdur. Lakin Uitni uzun müddət kokain qəbul edib. Elə narkotik maddələrin təsirindən də o, qaldığı otelin vannasında boğularaq vəfat edib.

Rok-n-rol kralı Elvis Presli uzun müddət narkotiklərdən asılı olub və bu, onun səhhətinə mənfi təsir göstərib.

Leyf Qarret 1970-ci illərdə yeniyetmələrin sevimlisi idi. Onun da hazırda narkotik və qanunlarla problemi var.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm