Doqquz dil bilən professor tualet təmizləyir – VİDEO
Bizi izləyin

Bilgi.az

Doqquz dil bilən professor tualet təmizləyir – VİDEO

Gvineyalı professor ölkəsindəki vətəndaş müharibəsi və təzyiqlərə dözməyərək çarəni Türkiyəyə qaçmaqda görüb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ölkəsində universitetdə çalışan və 9 dil bilən professor Osman Toure Eskişehirdə aşağı məvaciblə tualet təmizləyir.

Ö, ölkəsində çalışdığı uninversitetdə fransız dili və ədəbiyyatı bölməsində müəllim olaraq illərlə çalIşıb. Yeddi il əvvəl Türkiyə gələn professor BMT Qaçqınlar Komissarlığı tərəfindən Eskişehirə göndərilib. O, həyat yoldaşını isə 5 il əvvəl Türkiyəyə gətirib.

Tourenin ən böyük arzusu anası və 5 uşağını Senaqaldan Türkiyəyə gətirməkdir. O, lazım olan pulu toplamaq üçün 4 ildir ki, tualet və məscidi təmizləyir. Onun aylıq qazancı isə 500-600 türk lirəsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm