Gəlinin üzünü görən bəy toydan qaçdı
Bizi izləyin

Bilgi.az

Gəlinin üzünü görən bəy toydan qaçdı

Səudiyyə Ərəbistanında bəy toy günü gəlinin üzünü gördükdən sonra boşanmağa qərar verib. Mədinə şəhərindən olan cütlük Yaxın Şərq ölkələrində adi hal hesab edilən şəkildə evlənib. Yəni onlar toy gününə kimi bir-birlərinin üzünü belə görməyiblər.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, toy mərasimində fotoqraf ailə şəkli üçün gəlindən duvağını qaldırmağı xahiş edib. Gəlin duvağını qaldıraraq kameraya gülüməsəyib. Gəlinin üzünü görən bəy dərhal yerindən durub və nifrət dolu baxışlarla toy mərasimindən qaçıb.

Bəy deyib: "Mənim evlənmək istədiyim qız sən deyilsən. Sən mənim təsəvvür etdiyim insan deyilsən. Bağışla, lakin mən boşanıram".

Baş vermiş hadisədən sonra gəlin ağlayıb, qonaqlar isə onu sakitləşdirməyə çalışıb. Lakin bəy boşanma qərarını verib. Bəyin hərəkəti sosial mediada yaxşı qarşılanmayıb və müzakirə obyektinə çevrilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm