Bilgi.az
Amerikanın kəşfi ilə bağlı ingilis alimdən yeni iddia
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika qitəsini Xristofor Kolumbdan 314 il əvvəl müsəlmanların kəşf etdiyini deməsi gündəmdən düşmür.
Axar.az xəbər verir ki, ingilis alim Gevin Menziyes bir neçə müddət öncə eyni iddia ilə çıxış edib. O, Amerika qitəsini Kolumbdan öncə Çindən olan müsəlman admiral Çingiz Hının kəşf etdiyini deyib.
İngilis alim 15-ci əsrdə müsəlman admiral Çingiz Hının qərbə dəniz səfərlərinə çıxdığını və alternativ ticarət yollarını kəşf etdiyini bildirib.
Gevin Menziyes "1421 - Çinin Amerikanı kəşf etdiyi il" kitabında Çingiz Hının Amerika qitəsini Xristofor Kolumbdan əvvəl kəşf etdiyini iddia edib.
O, Çingiz Hının filosofu tərəfindən hazırlanan kitabda fərqli coğrafiyalara xas heyvan fiqurlarının olduğunu və bu heyvanlara yalnız Amerikada rast gəlinə biləcəyini deyib.
Gevin Menziyes bunlara əsaslanaraq Çingiz Hının 1421-1423-cü illər arasında Qərbə etdiyi səfər zamanı Kolumbdan əvvəl Amerikanı kəşf etdiyini iddia edib.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom