Mehmanxana otağı ruha görə bağlandı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Mehmanxana otağı ruha görə bağlandı - FOTOLAR

İspaniyanın qədim katolik qəsrində yerləşən "Parador De Cardone" tarixi mehmanxanasında olan otaq nömrələrindən biri yaşayış üçün bağlanıb. Mehmanxana nömrəsində yaşayışa o vaxt icazə verilir ki, qədimi qəsrə yollanan könüllü şəxs orada baş verənlərdən xəbərdar olsun.

Mehmanxananın 7-ci mərtəbəsində yerləşən 712 nömrəli otaqdan çoxsaylı şikayətlər daxil olduqdan sonra elan edilib. Şahidlərin sözlərinə görə, onlar dəfələrlə otaqda qəribə səslər eşidib, su kranı öz-özünə açılıb və gecələr rahat yata bilməyiblər. Hətta bəzi qonaqlar otaqda ruh da gördüyünü iddia edir.

Qəsr IX əsrdə Barselona şəhərindən 100 kilometr aralıda inşa edilib. Mehmanxana orta əsrlər dövrünü xatırlatdığı üçün turistlər arasında məşhurdur. Əfsanələrə görə, gənc müsəlman oğlanı sevən xristian qız qəsrin çardağında bağlı saxlanılıb və beləcə, o vəfat edib. Bəziləri ehtimal edir ki, onun ruhu hələ də qəsrdə yaşayır.

Xadimələr də 712-ci otağa daxil olmağa ehtiyat edir. Onların sözlərinə görə, bir dəfə otaqdakı bütün mebellər başaşağı çevrilib, su kranları isə açıq qalıb. Otaq boş olduğu halda da otaqdan qəribə səslər gəlib. "Parador De Cardona" mehmanxanasında 1 gecənin haqqı 100 avrodur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm