• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dünya liderlərinin nüfuzlu həyat yoldaşları - FOTOLAR

  • Maraqlı
  • 18 Noyabr 2014 16:15
  • 2 212 Baxış
Dünya liderlərinin nüfuzlu həyat yoldaşları - FOTOLAR

Atalar sözünə inansaq, kişi baş, qadın isə boyundur. Buna görə də, bütün kişilər bir çox uğurlara görə həyat yoldaşlarına minnətdar olmalıdır. Xüsusən də, dünyanın aparıcı siyasətçiləri...

Tarixdə məşhur siyasətçilərlə bağlı nümunəvi hadisələr çox baş verib. Məsələn, Hilari Klinton həyat yoldaşı Bill Klintonun hakimiyyətə gəlməsində böyük rol oynayıb. Jaklin Kennedi amerikalılar arasında qazandığı məşhurluq və gözəlliyinə görə ərinin reytinqini qaldırıb.

Güclü kişilərin zövqü də fərqli olur. Onlar həyat yoldaşını təkcə xarici görkəminə görə seçmirlər. Birinci xanımlar Jaklin Kennedi kimi gözəl və ya Nina Xruşşova kimi adi qadın ola bilər.

Publika.az həyat yoldaşlarının həyatında böyük rol oynayan müasir dövrün 10 məşhur birinci xanımını xarici mətbuata istinadla təqdim edir.

Azərbaycan: Mehriban Əliyeva

Mehriban Əliyeva Tibb Universitetində tələbə olarkən Azərbaycanın gələcək prezidenti İlham Əliyevlə ailə qurub (yeri gəlmişkən, ali məktəbi qırmızı diplomla bitirib). İlham Əliyevin karyerasındakı uğurlarda Mehriban Əliyevanın rolu da kifayət qədərdir. Birinci xanım müsahibələrinin birində deyib: "Mən düz 20 il Heydər Əliyev kimi insanın yanında yaşamışam. Bizim ailəmiz hər zaman birlikdə olub, onun həyatının çətin və fərəhli günlərini bölüşmüşük".

Mehriban Əliyeva hər yerə vaxt çatdırır – o, 3 uşaq anası olmaqla yanaşı, BMT və YUNESKO-nun xoşməramlı səfiri və Heydər Əliyev Fondunun prezidentidir. Birinci xanım zərif görünüşü və zövqü sayəsində həmişə və hər yerdə mükəmməl görünür. İstənilən qadın Mehriban Əliyevanın gur saçlarına həsəd apara bilər.

ABŞ: Mişel Obama

Amerikanın 44-cü prezidenti Barak Obamanın həyat yoldaşı Mişel "Forbes" jurnalına əsasən, dünyanın ən nüfuzlu qadınlarından biridir. Xanım Obama ərinin prezident seçkilərində ciddi rol oynayıb. Mişel əsrarəngiz geyim üslubu ilə diqqət çəkməklə yanaşı, siyasi həyatda fəal iştirak edir. Fastfudun güclü inkişaf etdiyi ölkədə xanım Obama sağlam həyat tərzi haqda təşviqat aparır. Birinci xanım amerikalıları sağlam qida qəbul etməyə və idman etməyə səsləyir.

Bundan əlavə, birinci xanım öz məsləhətlərinə əməl edərək Ağ Evin həyətində saldığı bostana qulluq edir. Amerikada yayımlanan məşhur "Ellen" tok-şousunun canlı efirində döşəmədə idman edir. Mişel Obamanın rəqsi isə internetdə hitə çevrilib. O, nəinki əla plastika nümayiş etdirib, hətta heç bir kompleksdən əziyyət də çəkmir. Nəhayət, Mişel Obama Amerika tarixində ilk qaradərili birinci xanımdır və bu da onun əsas fərqləndirici cəhətlərindən biri hesab olunur.

Fransa: Valeri Trierveyler

Fransa prezidenti Fransua Ollandın vətəndaş nikahında yaşadığı xanımı Valeri Trierveyler keçmiş prezident Nikolya Sarkozinin həyat yoldaşı model və müğənni Karla Bruniyə çata bilməz. Lakin Valeri digər sahələrdə Karlanı üstələyə bilər. Jurnalist və 3 uşaq anası olan Valeri 2008-ci ildə gələcək prezidentin görüşünə gəlib. Onlar uzun müddət idi ki, münasibətlərini gizli saxlamağa çalışırdılar. Mətbuat Fransua və Valeri münasibətlərdən xəbər tutandan sonra belə onlar ailə qurmağa tələsmirlər. Bəlkə də, onların sadəcə toy etməyə vaxtları yox idi! Mütəxəssislərin fikrincə Fransanın birinci xanımı prezidentin hakimiyyətə gəlməsində az rol oynamayıb. Valeri düz bir il seçkiqabağı kampaniyaya rəhbərlik edib. Bu gün isə prezidentin az qala baş məsləhətçisi hesab edilir.

Qətər: Moza bint Nasir əl-Misnəd

Qətərin lideri şeyx Hamad bin Xəlifə Al-Saninin 3 arvadı var. Arvadlardan yalnız biri - Moza bint Nasir əl-Misnəd ictimaiyyət qarşısına çıxır və ərini əhəmiyyətli siyasi tədbirlərdə müşayiət edir. Belə görünür ki, şeyx Hamad məhz onu dövlətin yaraşığı hesab edir. Etiraf edək ki, davranış normalarında islam qanunlarının hökm sürdüyü Asiyada dəb nümunəsi olmaq çətindir. Qətərin birinci xanımı həm qapalı geyim, həm də milli baş örtüyündə gözoxşayandır.

Bundan əlavə, Moza gözəl qadın olmaqla yanaşı, həm də təhsillidir. O, Qətər Universitetini bitirdikdən sonra ABŞ-da iş stajı keçib. Jurnalistlər isə onu "ərəb Qreys Kellisi" adlandırmağı sevirlər.

Böyük Britaniya: Samanta Kemeron

Britaniya sakinlərinin öz sevimlisi var: Kembric hersoqovinası Ketrin. Lakin rəsmi olaraq ölkənin birinci xanımı baş nazir Devid Kemeronun həyat yoldaşı Samantadır. Böyük Britaniyanın baş naziri öz sadə həyat tərzi ilə sakinlərin qəlbini fəth edib. O, metroya minmək və velosipedlə işə gəlməyin əleyhinə deyil. Samanta bu məsələdə ərini tam dəstəkləyir.

Kemeronun həyat yoldaşı nəinki birinci xanım, həm də istedadlı biznes ledidir. O, ictimaiyyət qarşısına istənilən geyimdə çıxa bilər. "Vogue" jurnalı onu ən dəbli birinci xanımlar siyahısına da əlavə edib.

Suriya: Asma Əsəd

Siyasətdə fəal iştirak edən bir çox birinci xanımlardan fərqli olaraq Asma Əsəd kənarda qalmağa üstünlük verir. Suriya başçısı Bəşər Əsədin arvadı əslən suriyalı olsa da, tamamilə Avropa qadınlarına bənzəyir. O, Londonda doğulub və təhsil alıb. Sonra isə ABŞ-ın iri maliyyə şirkətində çalışıb. Suriyaya gəldikdən sonra isə Bəşər Əsədə ərə gedib.

Ənənəvi olaraq prezidentin həyat yoldaşı Suriyanın "liberal siması" hesab olunur. Ölkədə seçim azadlığı olduğu üçün o heç zaman ərəb geyimlərindən istifadə etmir. 3 uşaq anasıdır və çox nadir hallarda siyasətdə iştirak edir. Məsələn, o, ərini dəstəkləyərək, təşviqat çarxına çəkilib. Çünki Suriyada baş qaldıran hərbi situasiyanı nəzərə alan birinci xanım hadisələrdən kənarda qala bilməzdi.

Çin: Pen Liyuan

Çin lideri Si Tsinpinin həyat yoldaşı və ölkənin birinci xanımı qeyri-adi şəxsiyyətdir. Birincisi ona görə ki, Penə qədər heç bir Çin liderinin arvadı ictimaiyyət qarşısına çıxmayıb və rəsmi tədbirlərdə iştirak etməyib. İkincisi isə odur ki, Pen Liyuan dövlət öhdəliklərini şou-biznes karyerası ilə uğurla uzlaşdırır. Çində heç bir Yeni İl konsertləri birinci xanımın iştirakı olmadan həyata keçirilmir. Bununla yanaşı, 50 yaşlı birinci xanım pulsuz konsertlərdə iştirak edir. Məsələn, o, hərbi hissəyə gedərək konsert verir.

Çin qadınları isə Pen Liyuanının üslubunu təqlid etməyə çalışır. Birinci xanım ictimaiyyət qarşısına hər hansı bir geyimdə çıxan kimi, qadınlar mağazalara axışaraq onun geyimindən almağa çalışır. Lakin birinci xanım həmişə klassik geyimə üstünlük verir.

Estoniya: Evelin İlves

Estoniyanın birinci xanımı olan Evelin həyat yoldaşı ilə o hələ xarici işlər naziri olarkən tanış olub. Birinci xanım üçün asan deyildi: münasibətləri mətbuatdan gizlətməli idi. Lakin bütün cəhdlərə baxmayaraq, cütlük arasında sevgi romanı KİV-ə sızır və bundan sonra onlar hisslərini bir daha gizlətmirlər. "Məşuqə İlves" damğası vurulmuş Evelin, gələcək ərinin seçkiqabağı piarı ilə məşğul idi. Toomas İlves köməkçisi ilə evləndikdən sonra eston jurnalistləri bu dəfə İlvesi başqa yolla təhqir etməyə başladı. Onlar Evelini artıq çəkidə və zövqsüzlükdə günahlandırırdılar.

Bundan sonra birinci xanım kəskin arıqladı və geyimlərinə fikir verməyə başladı. Amma o, böyük siyasətlə məşğul olmur. Prezidentə ərə getdikdən sonra daha çox ev qadını rolunu oynamağa başlayıb.

Yaponiya: Akie Abe

Yaponiyanın baş naziri Sinzo Abenin ailəsi dünyanın ən qapalı ailəsindən biri hesab olunur. Dövlət başçısının şəxsi həyatı heç zaman müzakirə obyektinə çevrilmir. Bununla belə, baş nazirin həyat yoldaşı Akie Abe yaponlarda da birinci xanımın olduğunu dünyaya nümayiş etdirib. O, bir neçə dəfə Yaponiyada mühafizəkar həyat tərzini dağıtmaq və qadınların da səsvermə hüququna malik olmasını sübuta yetirmək istəyib. Abe hətta Avropa geyim üslubuna üstünlük verir.

Akie tez-tez müxtəlif tədbir və sammitlərdə iştirak edir. Yaponiyanın birinci xanımı bir neçə il radioda dicey kimi də çalışıb. Bundan əlavə, o, flamenko rəqsini oynamağı da sevir.

Dubay: Haya bint əl-Hüseyn