Bilgi.az
Azərbaycanda internet virusu təhlükəsi
Azərbaycanda istifadəçilərin 43,50 faizi internet vasitəsilə virusa yoluxma riski ilə üzləşib.
Trend-in məlumatına görə, bu barədə "Kasperski laboratoriyası" şirkətinin saytında dərc edilən 2014-cü ilin üçüncü rübünün yekunları üzrə "İnformasiya təhlükələrinin inkişafı" icmalında deyilir.
İcmala görə, cari ilin II rübü ilə müqayisədə bu göstərici 6,2 faiz
artıb.
İcmala əsasən, Azərbaycan internet vasitəsilə virusa yoluxma
riskinə daha çox məruz qalan 20 ölkə arasında üçüncü yeri
tutur.
TOP 10-na 46,68 - 30,05 faizlə daxil olan ölkələr - Rusiya,
Qazaxıstan, Azərbaycan,Ermənistan, Ukrayna,İran, Vyetnam, Belarus,
Moldova və Əlcəzairdir.
Ən böyük yoluxma riskinə məruz qalmış ölkələrin iyirmiliyinə,
həmçinin Tacikistan, Qırğızıstan, Monqolustan, Qətər,Özbəkistan,
Gürcüstan, Türkiyə, BƏƏ, İndoneziya və Almaniya daxildir.
İnternet istifadəçilərinin riskə daha az meyilli olduqları ən
təhlükəsiz ölkələr sırasına daxildir: Sinqapur (10,5 faiz), İsveç
(12,4 faiz), Danimarka (13.2 faiz), Yaponiya (13,3 faiz), CAR (16,0
faiz), Finlandiya (16,1 faiz) və Niderland (16,6 faiz).
Dünyanın müxtəlif ölkələrində istifadəçilərin kompüterlərinin
internet vasitəsilə məruz qaldığı virusa yoluxma riskinin
dərəcəsini qiymətləndirmək üçün şirkət bir rüb ərzində hər bir
ölkədə istifadəçinin veb-antivirusunun neçə dəfə işə düşdüyünü
hesablayıb.
2014-cü ilin III rübündə "Kasperski laboratoriyası" dünyanın
müxtəlif ölkələrinə yerləşdirilmiş internet resurslardan həyata
keçirilən 367 mindən çox hücumu dəf edib.
Göstərilən dövr ərzində antivirus həlləri istifadəçilərin
kompüterində təqribən 1,3 milyard virus hücumu aşkarlayıb.
İstifadəçilərin kompüter və mobil qurğularında bloka alınmış
zərərli hücumların sayı 26,6 milyonu ötüb.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək