Çexlər də cin çıxarır – FOTOLAR – VİDEO
Bizi izləyin

Bilgi.az

Çexlər də cin çıxarır – FOTOLAR – VİDEO

Çexiya Respublikasında yerləşən kilsədə cin çıxarma halı videoya çəkilib.

Cin çıxarma prosesi katolik kilsə tərəfindən həyata keçirilib və məxfi şəkildə çəkilmiş video "YouTube"-da yerləşdirilib.

Kilsənin açar deşiyindən çəkilən videoda bədəninə cin girmiş qadının qışqırtıları və söyüşləri eşidilir. Əslində, video fevral ayında çəkilib və sosial şəbəkədə yerləşdirilib. Lakin uzun müddət kilsə videonun saxta olduğunu iddia edib. Bu həftə isə kilsədən videonun həqiqiliyini etiraf ediblər.

Katolik kilsənin keşişi qapı arxasından çəkilmiş videodakı cin çıxarma mərasiminin, doğrudan da, baş verdiyini təsdiqləyib, lakin ətraflı məlumat verməkdən boyun qaçırıb.

O deyib: "Biz Allahdan insanı qorumasını diləyirdik. Kömək üçün latın dilində dua edirdik. Əlbəttə ki, duanın köməyi oldu".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm