Dünya gözəllik yarışının iştirakçısı qətlə yetirildi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünya gözəllik yarışının iştirakçısı qətlə yetirildi - FOTOLAR

"Dünya Gözəli-2014" müsabiqəsində təmsil olunacaq model müsabiqənin keçiriləcəyi London şəhərinə yollanmazdan qabaq qətlə yetirilib.

Hondurası təmsil edən 19 yaşlı Mariya Xose Alvarado və onun 23 yaşlı bacısı ölü tapılıb. Qeyd edək ki, Mariya az öncə Honduras gözəli seçilib. O və bacısı Sofia Trinidad dostlarının təşkil etdiyi əyləncəyə yollandıqdan sonra itkin düşüb.

Bacıların qətlində şübhəli bilinən 4 insan saxlanılıb. Saxlanılanlar arasında Sofianın sevgilisi də var.

Mariya bu ilin aprel ayında keçirilən gözəllik yarışında 18 modeli üstələyərək birinciliyə çıxıb. Qətlə yetirilməsəydi, o, Londona gedərək 120 iştirakçı arasında mübarizə aparmalı idi.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm