Xərçəng xəstəliyinə qalib gələn qadınlar podiuma çıxdı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Xərçəng xəstəliyinə qalib gələn qadınlar podiuma çıxdı - FOTOLAR

Malayziyanın paytaxtında islam modası çərçivəsində şou keçirilib. Kuala-Lumpurda keçirilən moda nümayişində xərçəng xəstəliyinə qalib gəlmiş qadınlar model qismində çıxış edib. Bu yolla onlar xəstəliklə mübarizə aparan insanlara ümid verib.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, islam moda festivalı malayziyalı dizaynerlər Kalvin Tu, Salikina Sideki və Ceromasın dəstəyi altında keçirilib.

Yerli qəzetin verdiyi məlumata görə, tədbir "Ümid verməklə, qəlblərə təsir edirsən" adı altında keçirilib. Bundan əlavə, həkimlər moda nümayişinin özünü maneken kimi sınayan qadınlara terapiya şəklində də müsbət təsir göstərdiyini deyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm