• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Akulalarla suda ölüm oyunu oynayan ekstremal - VİDEO

  • Maraqlı
  • 20 Noyabr 2014 10:50
  • 789 Baxış
Akulalarla suda ölüm oyunu oynayan ekstremal - VİDEO

Dünyada narkomanların yeni tipi peyda olub. Yox, onlar heç də narkotik vasitələrdən - kokain, heroin, həşişdən həzz almırlar.

Yeni tip narkomanlar adrenalin dəlisidirlər. Onlar özlərini təhlükəyə atmaqdan, ölümcül vəziyyətlərdən sağ çıxmaqdan həzz alırlar.

Avstraliyalı ekstremal Xarris Uilson da belələrindəndir.

Bu yaxınlarda o, ilk baxışdan dəlisov görünəcək bir hərəkətə imza atıb. Dostları ilə katerdə okean gəzintisinə çıxan Uilson bir neçə akulanın balinaya hücum etməsini görür. Avstraliyalı balinaya kömək etmək üçün suya tullanır. Halbuki videodan da görünür ki, artıq balina ölüb. Ona heç nə ilə kömək etmək olmaz. Balinanın ətrafı isə acgöz akulalarla qaynayır.

Gənc avstraliyalı üzərək balinanın cəmdəyinin üstünə çıxır. Lakin bir neçə dəqiqədən sonra kater onu çıxdığı "kiçik ada"dan götürür.

Dostları da etiraf edir ki, Xarris adrenalin narkomanıdır. O, həmişə özünü təhlükəyə atır. Akulaların yanına üzməsi isə yeni "doza" qəbulu idi.

Uilsonun özü isə hərəkətinə gülümsəyərək belə qiymət verir: "Anam həmişə deyir ki, mən gicbəsərəm".

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR