Dünyanın ən titullu qadını vəfat etdi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən titullu qadını vəfat etdi – FOTOLAR

İspaniyanın Sevilya şəhərində daha çox hersoginya Alba kimi tanınan Kayetana Fitz-Ceyms Stüart vəfat edib.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, 88 yaşlı aristokrat keçən həftə "Saqrado Korason" klinikasına yerləşdirilib. O, pnevmoniya, ürək aritmiyası, qastroentritdən (mədə və nazik bağırsaqların selikli qişasının iltihabı) əziyyət çəkib.

Kayetana Fitz-Ceyms Stüart dünyada ən titullu insanlardan biri hesab olunur. O, 40 titula malik olması ilə rekord vuraraq "Ginnesin Rekordlar Kitabı"na düşüb. Kaetana Fitz-Ceyms Stüart 7 hersoginya, 23 markiz və 19 qrafinya tituluna sahib olub. Onun bütöv adı isə belədir: Mariya del Rosario Kayetana Alfonso Viktoriya Euxeniya Fransiska Fitz-Ceyms Stüart-i-de-Silva. O, iki dəfə ərdə olub və üçüncü dəfə 2011-ci ildə ərə gedib – hersoginya Alba özündən 25 yaş kiçik olan dövlət işçisi ilə ailə həyatı qurub.

Hersoginya Avropanın ən varlı qadınlarından biri hesab olunub. Onun varidatı 2,8 milyard avro dəyərindədir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm