Amsterdamda fahişəlik muzeyi açılır - FOTO
Bizi izləyin

Bilgi.az

Amsterdamda fahişəlik muzeyi açılır - FOTO

Amsterdamda fahişəlik muzeyi açılır

Ideyanın müəllifləri əmin edirlər ki, muzeydə fahişəliyin bütün təfərrüatları göstəriləcək və “insanların bilmək istədiyi lakin soruşmağa qorxduqları” suallara cavab tapacaqlar.

Seyrçilərə fahişəxanalara kimlərin gəlib işlədiyi və onların gündəlik həyatlarından məlumat veriləcəkdir. Həmçinin, sərgi bu peşə sahəsinin qədim dövrdən müasir zamanadək keçdiyi təkamül yolu haqqında hekayəni də əhatə edir.

Muzey otaqlarından biri “lyuks” sinfə mənsub olan fahişələrə həsr olunub və zalların birində necə fahişə olmağın yolları göstərilir.

Yerli orqanların fikrincə belə bir muzeyin yaradılması bu çətin işin təfərrüatlarını anlamağa kömək edəcək və insanlarda fahişələrin işinə hörmətlə qarşılanmasına yardım edəcək.

Amsterdamın qanuni fəaliyyət göstərən Qırmızı işıqlar kvartalında əksəriyyəti Şərqi Avropadan olan 7,000 insan çalışır.

Amsterdamda fahişəlik qanunlaşdırılıb və dövlət tərəfindən ciddi nəzarətdə saxlanılır; fahişəxanaların əməkdaşları və “alverçilər” vergi ödəyir və daim tibbi müayinədən keçirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm