• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Kişiləri ayaqqabı ilə idarə etmək olar

  • Maraqlı
  • 20 Noyabr 2014 18:14
  • 378 Baxış
Kişiləri ayaqqabı ilə idarə etmək olar

Aparılmış tədqiqatlardan sonra kişini əlində saxlamaq istəyən qadının çarəsi tapılıb: hündürdaban ayaqqabı.

Tədqiqatlar sübut edir ki, kişilər hündürdaban geyinən qadınların tabeçiliyinə asanlıqla düşə bilirlər.

Fransız tədqiqatçısı Nikolay Qüqen deyir: "Hündürdaban ayaqqabı kişilərin davranışına güclü təsir edir".

Alimlərin fikrincə, əgər hündürdaban ayaqqabı geyinmiş qadın küçədə hər hansı bir kişini saxlayıb anket doldurmasını xahiş etsə, o zaman kişilər ayaq saxlayıb qadının dediyini edər.

Eksperiment kimi qadın yastı ayaqqabı geyinib anket üçün kişilərə yaxınlaşdıqda 60 kişidən 25-i buna razı olub.

Ayaqqabının hündürlüyü 5 santimetr qalxan kimi 60 kişidən 36-sı dayanıb və suallara cavab verib. Sonra isə ayaqqabının hündürlüyü 10 santimetrə kimi qaldırılıb, bu zaman 60 kişidən 49-u anket doldurmağa razılıq verib.

Ayaqqabının hündürlüyü isə heç bir qadına təsir etməyib. Sonra isə digər bir təcrübə həyata keçirilib. 60 kişidən 56-sı əlcəyini itirmiş hündürdaban geyinən qadının arxasınca qaçaraq onu geri qaytarıblar.

Cənubi Bretani Universitetinin professoru hesab edir ki, kişilər hündürdaban geyinmiş qadınla daha asan tanış ola biləcəyini güman edirlər. Üçüncü eksperimentdə isə, bar stolunda oturan qadınlarla bağlı olub. Kişilər hündürdaban geyinmiş qadınlara yastı ayaqqabı geyinmiş qadınlardan 2 dəfə çox yaxınlaşıblar.

Professor Qüqenin sözlərinə görə, hündürdaban ayaqqabı qadını qamətli göstərərək onların yerişinə təsir etdiyi üçün kişilərin daim diqqət mərkəzinə çevrilir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR