Vanqadan proqnozlar: “Müsəlmanlar Avropaya hakim olacaq”
Bizi izləyin

Bilgi.az

Vanqadan proqnozlar: “Müsəlmanlar Avropaya hakim olacaq”

1911-ci il yanvar ayının 31-də o vaxtlar Osmanlı imperiyası, sonradan Bolqarıstan ərazisi hesab olunan Struimtsa kəndində bir qız anadan oldu. Vaxtından iki ay əvvəl doğulan qızcığazın ayaq və əl barmaqları bitişik, bədəni isə zəif olduğundan valideynləri onun yaşamasına belə ümid etmirmişlər. 12 yaşında qızın həyatında onun gələcək taleyini müəyyənləşdirən bədbəxt hadisə baş verir. Bu qız gələcəkdə görücü kimi məşhurlaşacaq Vanqeliya Pandeva Quşerova idi.

Vanqa yunan sözü olub, "xoş xəbərlər carçısı" mənasını verir. Vanqa 12 yaşında olanda bibisi qızları ilə kəndin kənarındakı Xan bulağından su gətirməyə gediblər. Gözlənilmədən fırtına qopur. Ağacları kökündən qoparır. Dəhşətli burulğan Vanqanı götürüb xeyli (bəzi mənbələrdə 2 km) uzağa atır. Onu ağac budaqlarının, toz-torpağın, ot-ələfin içindən zorla tapıb çıxarırlar. Vanqanın gözləri açılmır. Həkimlər ona çarə tapa bilmirlər. Hətta cərrahiyyə əməliyyatı da edirlər. O vaxtdan Vanqa kor olur.

1925-ci ildə korlar evinə qəbul olunur. 1929-cu ildə atası öləndən sonra yetim qalan bacı-qardaşlarına böyüklük eləmək üçün evə dönür. Həyatları çox məşəqqətli keçir. 1923-cü ildən dünya işığına həsrət qalan Vanqa 1940-cı ildə yuxusunda görür ki, gözəl bir gənc atlı onlara gəldi. Paltarı bərq vuran bu atlı işıq saçırdı. Evin astanasından içəri girər-girməz qərib dedi: "Yaxınlarda bütün dünya təlatümə gələcək. Saysız-hesabsız insanlar qırılacaq. Sən insanların taleyi və ölümünü biləcəksən. Qorxma, hər vaxt sənin yanında olacam. Sən insanlara mənim sözlərimi çatdıracaqsan".

Doğrudan da Vanqa sonralar dünyanın ən məşhur bilicilərindən biri oldu. 1941-ci ildən Vanqanın dünyasını dəyişdiyi 1996-cı ilə qədər yarım milyondan artıq adam ona müraciət edərək dərdini bildirib. Lakin ölməmişdən qabaq Vanqa hansı ildə dünyada nə baş verəcəyinə dair proqnozlar verib.

Axar.az Vanqanın illərə görə verdiyi proqnozları təqdim edir:

2016-cı ildə Avropanın əhalisi yox səviyyəsinə çatacaq.

2018-ci ildə dünyanın yeni super gücü Çin Xalq Respublikası olacaq. İstismar olunan istismar edən olacaq.

2025-ci ildə Avropada az da olsa insan yaşayacaq.

2028-ci ildə yeni bir alternativ enerji növü kəşf ediləcək (böyük ehtimalla nəzarətə götürülmüş termonüvə reaksiya). Qıtlıq, aclıq nədir, heç kim bilməyəcək. İnsan kosmik gəmi ilə Venera planetinə gedəcək.

2033-cü ildə Şimal Buzlu okeandakı buzlar əridikcə Yerdəki su səviyyəsi artacaq.

2043-cü ildə dünya iqtisadiyyatı çox yaxşı vəziyyətdə olacaq. Müsəlmanlar Avropaya hakim olacaq.

2046-cı ildə İnsanın bütün orqanları yenidən istehsal edilib çoxaldıla biləcək. Xəstə olan orqanların yerinə təzəsinin qoyulması mümkün olacaq.

2076-cı ildə sosial bərabərlik vədi verən kommunizm bütün dünyaya hakim olacaq.

2084-cü ildə təbiət yenidən canlanacaq.

2088-ci ildə insanların bir neçə saniyəyə yaşlanmasına səbəb olan yeni bir xəstəlik yaranacaq.

2097-ci ildə sürətlə qocalma xəstəliyi müalicə olunacaq.

2100-cü ildə insanın istehsal etdiyi süni günəş dünyanın qaranlıq üzünü aydınladacaq.

2111-ci ildə insanlar androidə oxşayan robotlar olacaq.

2123-cü ildə kiçik ölkələr arasında müharibə olacaq. Böyük ölkələr isə bütün bunların xaricində qalacaq.

2130-cu ildə yad planetlilərin köməyi ilə suyun altında mədəniyyət qurulacaq.

2164-cü ildə heyvanlar yarı insan halına çevriləcək.

2170-ci ildə böyük bir quraqlıq meydana gələcək.

2196-cı ildə Asiya və Avropa irqləri tamamilə bir-birinə qarışacaq.

2480-ci ildə insanın istehsal etdiyi iki günəş bir-biri ilə toqquşacaq və dünya qaranlığa qərq olacaq.

axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm