• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Balıqqulağıdan təşkil olunmuş ada - FOTOLAR

  • Maraqlı
  • 21 Noyabr 2014 10:22
  • 438 Baxış
Balıqqulağıdan təşkil olunmuş ada - FOTOLAR

Afrikada yerləşən Seneqal ölkəsinin qərb hissəsində Joel-Fadiut adlı bir şəhər var.

Şəhərin bir qismi ada üzərində yerləşir. Adalardan biri isə turistlərin ən çox sevdiyi məkanlardan biridir. İş ondadır ki, Faduit adası tamamilə balıqqulağından təşkil olunub. Burada tikililərdən tutmuş, torpaq qatına kimi hər şey balıqqulağıdır.

Əslində, bu şəhər XIX əsrin sonlarına kimi mövcud olmayıb. Ada tədricən yaranıb. Yerli əhali molyusklarla qidalanır və dəniz nemətinin balıqqulağı olan hissəsi gətirilərək bu əraziyə tökülüb.

Beləliklə də, Faduit adası peyda olub. Süni ada yarandıqdan sonra Joel-Faduit şəhərinin sakinləri bu adaya köç edib və materiki ada ilə birləşdirən körpü tikib. Bu adada məşhur bir qəbiristanlıq yerləşir. Məzarlar da balıqqulağından hazırlanıb.

Ümumiyyətlə, burada hər şey balıqqulağından təşkil olunub. Adanı manqo, baobab ağacları və kolluqlar möhkəm saxlayır.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR