Qadın anasının meyiti ilə 5 il çarpayıda yatıb
Bizi izləyin

Bilgi.az

Qadın anasının meyiti ilə 5 il çarpayıda yatıb

Almaniyanın Münhen şəhərində polis və yanğınsöndürmə xidməti şokedici bir hadisənin şahidi olub. Qısaca desək, Münhen şəhərində baş verən hadisə Alfred Hiçkokun "Psixo" trillerinin süjetini xatırladıb.

Qeyd edək ki, filmin süjetinə görə, qatil Norman Beyts evində anasının meyitini saxlayıb. Eyni ilə belə bir hadisə Almaniya şəhərində baş verib. 55 yaşlı qadın 83 yaşlı anasının mumiyalaşmış meyiti ilə düz 5 il eyni çarpayıda yatıb.

Yerli mətbuatın verdiyi məlumata görə, yaşlı qadını uzun müddət görməyən qonşular onun haqqında narahatçılıq keçirərək polisə xəbər verib.

Hüquq mühafizə orqanları 83 yaşlı qadının itkin düşməsində qızından şübhələniblər. Onlar yaşlı qadının qızının evinə gəlib, lakin adı açıqlanmayan 55 yaşlı qadın qapını açmaqdan imtina edib. Bu zaman sosial işçilər evə daxil olaraq gördüklərinə inanmayıb.

Məlum olduğu kimi, 83 yaşlı qadın 5 il bundan əvvəl vəfat edib. Bu illər ərzində onun meyiti çarpayıda qalaraq çürüməyə davam edib. Yaşlı qadının qızı isə anasının mumiyaya çevrilməsinə şahidlik edərək onunla eyni çarpayını bölüşüb.

Söhbət zamanı qadın anasının 2009-cu ildə vəfat etdiyini etiraf edib. Yaşlı qadının təbii səbəblərdən vəfat etməsi məlum olub. Təqaüdçü qadının qızı isə yoxlanış üçün psixoloji dispanserə göndərilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm