Ömrü boyu pula əl vurmayan rahibələr - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ömrü boyu pula əl vurmayan rahibələr - FOTOLAR

Çin Xalq Respublikasının Layolin vilayətində sərt qaydalarıı ilə məşhurlaşan monastır var.

Publika.az xəbər verir ki, Xayçen şəhəri ətrafındakı Daoyuan monastırında rahibəliyə qəbul olunan qadınlar bir daha üzərilərində nə pul saxlayacaqlarına, nə də istifadə edəcəklərinə and içirlər. Elə monastırın özündə də bir dənə də olsun ianə qutusu yoxdur. Halbuki başqa monastırların əsas gəliri ianələrdən toplanan pullardır.

Rahibələr sutkada cəmi 4 saat yatırlar. Qalan zamanlarını isə meditasiya etməklə keçirirlər.

Hər il avqust ayının sonu, sentyabr ayının əvvəlində rahibələr 20 günlük piyada gəzintiyə çıxırlar. Yolda kimdənsə pul istəmək onlara qadağan edilib. Yalnız rastlaşdıqları adamlardan qidalanmaq üçün yemək istəyə bilərlər.

Bundan əlavə rahibələrə bu sınaq gəzintisi zamanı kəndlərdəki evlərdə, məbədlərdə gecələmək yasaqlanır. Onlar yalnız açıq səma altında yata bilər.

Publika.az Daoyuan monastırının rahibələrinin fotolarını təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm