Hitlerin çəkdiyi rəsim 130 min avroya satıldı - FOTO
Bizi izləyin

Bilgi.az

Hitlerin çəkdiyi rəsim 130 min avroya satıldı - FOTO

İkinci dünya müharibəsində əli milyonlarla günahsız insanın qanına bulaşan Adolf Hitlerin 100 il bundan əvvəl sulu boya ilə çəkdiyi şəkil noyabrın 23-də Nürenberq şəhərində təşkil edilən hərracda satışa çıxarılıb.

Publika.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, Hitlerin gənc yaşlarında çəkdiyi akvareldə Münhen şəhər bələdiyyəsinin binası təsvir olunub. 1916-cı ildə babaları tərəfindən alınan, eni 22, hündürlüyü 28 santimetr olan əsər iki bacı tərəfindən satışa çıxarılıb. Adı gizli saxlanılan bir nəfər şəkil üçün 130 min avro ödəyib.

Gənc yaşlarında rəssamlığa həvəsi olan fürer bu sənətin sirlərini öyrənmək məqsədilə Vyana İncəsənət Akademiyasına daxil olmaq istəsə də, istedadsız bir adam kimi onun namizədliyi rədd edilib. Bundan sonra gələcək diktator poçt markalarının şəklini çəkib turistlərə satmaqla məşğul olubmuş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm