Gəlinlik paltarından istifadənin 101 qaydası – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Gəlinlik paltarından istifadənin 101 qaydası – FOTOLAR

On iki illik izdivacdan sonra arvadı tərəfindən atılmış ər intiqam almağın yolunu tapıb.

Belə ki, Kevin Kotter keçmiş arvadından intiqam almaq üçün onun evdə qoyub getdiyi gəlinlik paltarından necə istifadə etməyin 101 qaydasını fikirləşib.

Hər şey 2009-cu ildə başlayıb. O zaman Kevinin arvadı 12 il evlilik həyatından sonra ondan ayrılmaq istədiyini deyib. Hiddətlənən ər arvadına tapşırıb ki, gəlib evdə qalan gəlinlik paltarını götürsün. Lakin arvadı paltarı ona verərək "onunla nə istəyirsən elə" deyib.

Kevin arvadının ona verdiyi əzabı azaltmaq üçün gəlinlik paltarını şkafdan götürüb və fantaziyasını işə salıb. Nəticə, Kevinin özünü də təəccübləndirib: o, gəlinlik paltarından 101 istifadə qaydasını kəşf edib.

Bundan sonra Kevin "Keçmiş arvadımın gəlinlik paltarından 101 istifadə qaydası" adlı kitab nəşr etdirib. Kitab 256 səhifədən ibarətdir və onun içərisində çoxlu şəkillər də var. Kevin bu şəkilləri bloqda da yerləşdirib. Bunu görən arvadı onun davranışından narazılıq edib.

Fotoların birində Kevin gəlinlik paltarından ayaqqabı silmək üçün istifadə edib. Ən maraqlı istifadə yollarını isə şəkillərdən izləyə bilərsiniz.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm