• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Subay qadınlar restorana girə bilməz - ŞOK QADAĞA

  • Maraqlı
  • 25 Noyabr 2014 15:40
  • 922 Baxış
Subay qadınlar restorana girə bilməz - ŞOK QADAĞA

Səudiyyə Ərəbistanında subay qadınların restorana daxil olmasına qadağa qoyulub. Buna səbəb kimi onların "psixi cəhətdən səbatsız" olduqları əsas gətirilir. Çünki belə qadınlar restoranda eşqbazlıq edə, siqaret çəkə və mobil telefondan istifadə edə bilərlər.

Mühafizəkar müsəlman ölkəsindəki bəzi restoranların girişində "qadınlara daxil olmaq qadağandır" elanı vurulub.

Ölkədə hətta qadınlar təkbaşına səyahət də edə bilməzlər. Onlar yalnız ailələrindən olan kişi nümayəndələrinin müşayiəti altında səfər edə bilərlər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı qadın hüquqlarının ən çox pozulduğu ölkədir. İslam ölkəsində qadınlar səsvermə hüququndan məhrumdurlar. Lakin gələn ildən etibarən onlara səsvermə hüquqları veriləcək.

Səudiyyə Ərəbistanında qadınlar hətta avtomobil də sürə bilməzlər. Onlara yalnız müəyyən olunmuş ərazilərdə velosiped sürməyə icazə verilir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR