Bu ölkədə nüvə silahını partladanlar, sadəcə, cərimə olunur - Qəribə qanunlar
Bizi izləyin

Bilgi.az

Bu ölkədə nüvə silahını partladanlar, sadəcə, cərimə olunur - Qəribə qanunlar

Publika.az oxuculara dünya ölkələrinin maraqlı və qəribə qanunlarını təqdim edir. Onların bəzisi hətta öz qəddarlığı ilə müasir insanı heyrətləndirə bilər. Amma bu qanunları bilməyimiz cəmiyyətimizin də xeyrinədir. Bu, bizi qanunlara yenidən baxmağa, onlarda zamanın tələbinə uyğun dəyişikliklər etməyə stimullaşdırır. Burada elə qanunlar var ki, onları öz praktikamızda da tətbiq etmək pis olmazdı. Qeyd edək ki, Sinqapur və Tailand bizə qəribə görünən qanunlar (küçələri zibilləməyə görə ağır cəzaların tətbiqi) hesabına dünyanın ən təmiz paytaxtlarına çevrilibdir.

ABŞ. Birləşmiş Ştatlarda Milad bayramında evləri bəzəmək adətdir. Men ştatının hakimiyyəti isə əhalinin bu həvəsindən büdcənin xeyrinə istifadə etməyə çalışır. Belə ki, ştatda bu barədə maraqlı qanun mövcuddur. Qanuna görə ev sahibi evin yeni il bər-bəzəklərini yanvarın 14-nə qədər yığışdırmasa, onu cərimə gözləyir. Yaxşı ki, bizdə belə qanun yoxdur. Axı biz yeni il bəzəklərini bəzən uzun müddət yığışdırmırıq.


Amerika Birləşmiş Ştatları malik olduğu nüvə raketlərinin sayına görə dünyada birinci yerdədir. İnsanları bu bəladan müdafiə etmək üçün gecə-gündüz baş sındıran parlamentarilər bir neçə maraqlı qanun qəbul etməklə problemi həll etdilər. Qanunun maraqlı tərəfi nüvə partlayışı törədən şəxsin sadəcə cərimələnməsidir. Ən böyük cərimə məbləği Kaliforniya ştatının Çiko səhərində tətbiq olunur. Qanunvericiliyə görə, şəhər daxilində nüvə bombasını partladan şəxsi nə az, nə çox düz beş yüz dollar cərimə gözləyir. Maraqlıdır, nüvə partlayışından sonra cəriməni kim alacaq, kimdən alacaq?


Böyük Britaniya. Birləşmiş Krallığın Edmont şəhərində velosiped sürmək hər oğulun işi deyil. Bunun üçün ya akrobat olmalısan, ya da ən azı üç əlin olmalıdır. Çünki şəhərin velosipeddən istifadə edənlər üçün özünəməxsus qəribə qanunu var. Şəhərin yol hərəkəti qaydalarında tələb edilir ki, velosiped idarə edən şəxs sağa və ya sola dönərkən döndüyü istiqaməti əli ilə göstərməlidir. Halbuki qanuna görə velosipedçi velosipedi idarə edərkən əllərini sükandan çəkməməlidir. İndi gəl döndüyün istiqaməti əllə göstər, görüm necə göstərirsən?!


Çin. Bildiyimiz kimi, Çin və Hindistan dünya dövlətləri arasında əhalisinin sayına görə lider ölkələrdir. Əhalinin çoxluğu bu ölkələr üçün böyük problemlər yaradır. Dövlət də əhali artımının qarşısını almaq məqsədilə müxtəlif qanunlar qəbul edərək bu problemi həll etməyə çalışır. Məsələn, Çində hər ailədə yalnız bir uşağa icazə verilir. Ölkə qanunları digər uşaqlara görə ailəni külli miqdarda cərimələyir. Lakin ailənin birinci övladları əkizlərdirsə, cərimə tətbiq edilmir. Ona görə də çinli ailəsinin uşaqları əkiz olanda bu əsl toy-bayrama çevrilir.


Fransa. Avtomobillərin yeni çıxan vaxtlarında Parisdə sürücü qadınlar yol qəzalarına daha çox səbəb olduğu üçün şəhər meriyası bunun qarşısını almaq məqsədilə qanun qəbul edir. Bu qanuna görə yaşı 30-dan aşağı olan qadınlara avtomobil idarə etmək qadağan olunur. Deyirlər qanun çıxan günün səhərisi Parisdə bir nəfər də olsun qadın sürücüyə rast gəlməyiblər. Səbəb sürücü qadınların yaşının 30-dan artıq olduğunu bildirmək istəməməsi olub.

ABŞ-ın Dakota ştatı öz maraqlı qanunları ilə seçilir. Belə ki, bu ştatın qanununa görə şəhər küçələrində hindular iki-iki, üç-üç gəzərlərsə, onlar hərbi dəstə sayılarlar. Buna görə də onlara atəş açmaq olar.
Əgər siz xüsusi mülkiyyətiniz ərazisində beş nəfərdən artıq hindu görsəniz, onlara atəş açmağa qanun icazə verir. İnanmıram ki, hindular bu ştatın ərazisində gəzməyə cürət etsinlər.

ABŞ neçə ildir ki, İranı nüvə silahı hazırlanmaqda günahlandırır. Ümumiyyətlə, Birləşmiş Ştatlar hər hansı bir ölkənin nüvə silahı əldə etməsinə qarşı çıxır. Lakin ABŞ-ın Yuta ştatı nüvə silahının istənilən növünün partladılmasını qanuna zidd saysa da, vətəndaşlarına nüvə silahı saxlamağa icazə verir.


Birləşmiş Krallıq da qəribə qanunları ilə seçilən ölkələrdən biridir. Məsələn, qadınlara ictimai nəqliyyatda şokolad yemək qadağandır. Dekabrın 25-də isə ətli piroq yemək hamıya qadağandır.


Kuba əsl totalitar ölkə qanunlarına sahibdir. Bilirsinizmi, bu ölkədə şübhəli görünmək belə qanuna zidd sayılır. Kuba qanunvericiliyi "şübhəli görsənməyi" (el estado peligroso) "ictimai əxlaqa zidd olaraq insan davranışında təzahür edən cinayətkarlığa xüsusi meyil kimi" dəyərləndirir. Görəsən Kubada şübhəli görünməmək üçün nə etməlisən?

Səudiyyə Ərəbistanında kişi həkimlərə qadınları müayinə etməyin qadağan edildiyini yazmışdıq. Bu hələ harasıdır? Sən demə bu dövlətin qanunlarına görə qadınlara həkim peşəsinə sahib olmaq da qadağandır. On görə də Səudiyyə Ərəbistanı qadınlarına xəstələnməmək məsləhətdir. Bu bir yana qalsın, bu ölkədə qadınların maşın sürməsi də qanuna ziddir.


Kanada da qəribə qanunları ilə diqqəti cəlb edən ölkələrdəndir. Bu ölkənin qanunlarına görə uçuş zamanı təyyarəyə qalxmaq qadağandır. Maraqlıdır, görəsən qanun icazə versə, kanadalılar bunu necə edə bilərlər?
Bundan başqa ölkə radiolarında efirə verilən hər beş mahnıdan biri Kanada vətəndaşının ifasında səsləndirilməlidir. Ona görə də Selin Dionun və ya Brayan Adamsın mahnıları efirdə tez-tez eşidilir.

Milli Məclis jurnalı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm