• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Yadplanetlilər üzərində tədqiqat aparılan yer – QADAĞAN OLUNMUŞ ZONA

  • Maraqlı
  • 27 Noyabr 2014 08:57
  • 3 091 Baxış
Yadplanetlilər üzərində tədqiqat aparılan yer – QADAĞAN OLUNMUŞ ZONA

Elə yerlər var ki, oraya kiminsə daxil olması müxtəlif səbəblərdən qadağandır.

Publika.az girişi qadağan olan 10 ərazini təqdim edir.

Surtsey

Surtsey vulkanik adadır, İslandiya sahillərinin cənubunda yerləşir. Bu ada 1963-cü ildə püskürən vulkan nəticəsində yaranıb. Bu təbii fəlakətdən dörd il sonra meydana gələn adaya ziyarət nəinki adi insanlar, hətta tədqiqat işi aparan bir sıra alimlər üçün də qadağandır. Lakin qadağanı pozan şəxslər də tapılıb. Belə ki, adanı ziyarət edən xüsusi alimlər qrupu buradan tomat qabı tapıb.

Fəsil dağı

Fəsil dağı fövqəladə əməliyyatların aparıldığı ərazidir. Bu obyekt ABŞ-ın Virciniya ştatında yerləşir. Ərazi hər hansı bir bədbəxt hadisə zamanı yüksək məmurlu vətəndaşların və hərbiçilərin sığınacaq rolunu oynayır.

Dağarası

Dağarası Rusiyanın Başqırdıstan Respublikasında yerləşən qapalı şəhəridir. Deyilənlərə görə, şəhər sakinləri Yamantau dağında məxfi bir işlə məşğuldurlar. Məxfi iş isə nüvə silahı ilə bağlıdır. Bunun doğru olub-olmadığını isə heç kim deyə bilmir.

Metro-2

Moskvada yerləşən Metro-2 ictimai metro ilə paralel yerləşən məxfi yeraltı məkandır. O, İosifStalin tərəfindən "KGB" dövründə D-6 kodlaşması altında tikilib. Yeraltı ərazidən indiyədək də RF-ın Müdafiə Nazirliyi istifadə edir.

"Metro-2"-nin uzunluğu ictimai metronun uzunluğunu üstələyir. Deyilənlərə görə, yeraltı tunel Kremli FTB-nin qərargahı ilə birləşdirir. FTB və Moskva metropoliteni belə bir tunelin günü bugünədək fəaliyyət göstərməsini nə təkzib, nə də təsdiq edir.

Sentinel

Benqal körfəzində Andaman adalarında sentilleylilər adlı yerli etnos yaşayır. Əhalinin sayının 50 nəfərdən 400 nəfərədək olduğu ehtimal edilir. Bu adanın sakinləri müasir dünyadan təcrid olunublar və onların müasir sivilizasiya ilə heç bir əlaqəsi yoxdur.

Müasir insanlar onlara sonuncu dəfə görüşməyə cəhd edərkən daş və oxlarla qarşılaşıblar.

Vatikanın sirli arxivi

Vatikan arxivi artıq sirli yer deyil. Buraya 1881-ci ilədək kənar şəxslərin daxil olması qadağan olunub. O vaxtdan etibarən açılan arxivdə o qədər məlumat toplanıb ki, indiyədək onları araşdırmaq mümkün olmayıb.

İlan adası

San-Paulodan 90 kilometr uzaqlıqda yerləşən İlanlar adası dünyanın ən zəhərli ilanları ilə məskunlaşıb. Adada ilanların sayı çox olduğundanbura dünyanın ən təhlükəli yeri hesab olunur. Burada 6 kvadrat metrə bir ilan düşür. Maraqlısı budur ki, adanın ilanları hər hansı bir kontinental ilandan dəfələrlə zəhərlidir.Braziliya hökuməti adaya hətta alimləri belə buraxmırlar.

39-cuotaq

Şimali Koreya ərazisinə düşmək kifayət qədər çətindir. İndi isə Şimali Koreya hökumətinin məxfi obyekti hesab olunan "39-cu otağ"a düşməyin nə dərəcədə çətin olduğunu düşünün. Bu obyekt qeyri-qanuni əməliyyatların keçirildiyi yerdir. Dolların saxtalaşdırılsı, narkotiklərin istehsalı və beynəlxalq sığorta fırıldaqları burada aparılır. Obyekt Kim Çenİnə siyasi dəstək almaq məqsədilə nüvə silahı proqramının yaradılmasınımaliyyələşdirir.

RAF Menvit Hill

RAF MenvitHill İngiltərədə yerləşən Kral Hərbi Hava Qüvvələrinə məxsusdur. Bu ərazi Böyük Britaniyanın kəşfiyyat xidməti və Amerika hərbi qüvvələri arasında əlaqə yaradır.

"51-cizona"

ABŞ məxfilik dərəcəsinə görə birinci yerdədir. Nevada ştatında yerləşən "51-ci zona"nın yaradılmaməqsədi hələ də məlum deyil. Lakin zona daha çox təyyarə və silah sınağının keçirildiyi ərazi kimi tanınır. Bir sıra nəzəriyyəçilər ərazidə yadplanetlilərvə UFO ilə bağlı tədqiqatların getdiyini güman edirlər. Vətəndaşların oraya daxil olması qadağan olunduğundan ərazidə nələrin baş verdiyini kimsə deyə bilməz.