Tehranda ŞOK: İranlı qadın qatarda breyk dans oynadı - VİDEO
Bizi izləyin

Bilgi.az

Tehranda ŞOK: İranlı qadın qatarda breyk dans oynadı - VİDEO

İranın paytaxtı Tehranda hrəkətdə olan metroda bu lkəyə xas olmayan hadisə baş verib. Naməlum bir qadın qatar hərəkətdə olarkən əcnəbi müsuqinin sədaları altında rəqs etməyə başlayıb.

Publika.az-ın məlumatına görə, "My Stealthy Freedom" adlı saytda yerləşdirilmiş videonu qısa zamanda 1 milyona yaxın şəxs izləyib.

Həmin saytda adətən İran xanımlarının ölkədə qadınlar üçün qəbul olunmuş geyim qaydalarını pozması hallarını əks etdirən foto və video materiallar yerıləşdirilir.

Lakin rəqs etmək qadından geyim dress-kodunu pozmaqdan daha böyük hünər tələb edir. Çünki İranda ictimai yerlərdə rəqs etmək qadağandır.

Bu ilin əvvəlində ABŞ müğənnisi Farrell Villiamsın Happy mahnısının sədaları altında rəqs etmiş və həmin rəqsin videoyazısını sosial şəbəkədə yerləşdirmiş bir qrup gənc həbs edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm