Yerli əhali mağazaya buraxılmır
Bizi izləyin

Bilgi.az

Yerli əhali mağazaya buraxılmır

Çinin Pekin şəhərində yerləşən mağazaya çinlilərdən başqa hər kəs buraxılır.

Daha dəqiq desək, şəhərin mərkəzində yerləşən mağazaya giriş-çıxış yalnız xaricilər və orada işləyən çinlilər üçün nəzərdə tutulub. Belə ayrıseçkilik əhali arasında narazılığa səbəb olub.

İş ondadır ki, mağaza rəhbərliyi çinli kişilərin hədsiz zəhlətökən olması, qadınların isə çoxsaylı geyimləri əyinlərinə geyinib baxdıqdan sonra heç birini almamasına görə belə bir qərar qəbul edib. Bundan əlavə, mağazada həm də oğurluq halları da baş verirmiş.

Bir çinli müştəri xarici vətəndaşın pulqabısını oğurladıqdan sonra mağaza rəhbərliyi zərərçəkənə öz cibindən 5 min dollar kompensasiya ödəməli olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm