“Qurd” Cəbrayılın oğlunun gözləri tutulub - ÖZƏL
Bizi izləyin

Bilgi.az

“Qurd” Cəbrayılın oğlunun gözləri tutulub - ÖZƏL

Xoşqədəm Cəbrayıloğlunun səhhətində problemlər yaranıb.

Publika.az xəbər verir ki, publisist-yazar bu səbəbdən çox hərəkət edə bilmir: "Heç yerə getmirəm, çünki gözlərim görmür. Xəstəyəm".

Xoşqədəm Cəbrayıloğlu deyib ki, müalicə olunması üçün xeyli pul lazımdır. Lakin o, maddi sıxıntılar yaşayır: "Ürəyimdə döyüntülər artıb. Bir az gəzən kimi problemlər yaranır. Odur ki, çox gəzə, hərəkət edə bilmirəm. Müalicəyə isə o qədər pul lazımdır ki..!"

Qeyd edək ki, Xoşqədəm Cəbrayıloğlu Vətəndaş və İnkişaf Partiyası sədrinin müşaviridir. Lakin o, səhhətindəki problemlərlə əlaqədar rəhbərliyində təmsil olunduğu Vətəndaş və İnkişaf Partiyası ilə də əlaqələrini kəsib: "Çoxdandır partiyanın qərargahına da getmirəm. Artıq neçə aydır, əlaqə saxlaya bilmirəm. Gözlərim hər şeyi çətinliklə seçir. İki faiz görə bilirəm. Hava da səhhətimə pis təsir edir. Odur ki, ancaq evdə yazı-pozu ilə məşğul oluram. İnşallah, sağlıq olsa, şair Baba Pünhanın yubileyini qeyd edəcəyik. On ildir onunla bağlı tədbirlərin, yubiley mərasimlərinin təşkilatçısı mənəm".

Qeyd edək ki, Xoşqədəm Cəbrayıloğlu məşhur yazıçı Elçinin "Ox kimi bıçaq" adlı kino-povesti əsasında çəkilən "Arxadan vurulan zərbə" filminin əsas mənfi qəhrəmanlarından olan "Qurd" Cəbrayılın həyatdakı prototipi Cəbrayıl Baxşıyevin oğludur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm