• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Oğru kişi küçədə soyunduruldu - FOTO

  • Maraqlı
  • 29 Noyabr 2014 10:28
  • 481 Baxış
Oğru kişi küçədə soyunduruldu - FOTO

Çilidə yaşlı qadını bıçaqla hədələyərək qarət edən kişini yerli əhali cəzalandırıb. 32 yaşlı Valentino Abeyta Barrera soyuq silahla təqaüdçü qadını qarət edib. Nəticədə, yerli əhali canini küçənin ortasında tamamilə soyunduraraq onu qızmar günəş altında dirəyə bağlayıb.

Cinayətkar polis gələnə qədər çılpaq şəkildə 20 dəqiqə ərzində bağlı qalıb. Oğru nəyə görə dirəyə bağlandığını polisə izah etməyib, lakin onlardan kömək istəyib.

İnternetdə Barreranın dirəyə bağlandığı fotolar paylaşılıb. Ölkə əhalisi yerli hüquq mühafizə orqanlarına etibar etmədiyi üçün caninin yerli sakinlər tərəfindən cəzalandırılmasına müsbət rəy bildirib.

Barrera həbs edildikdən sonra tezliklə azadlığa buraxılıb, çünki yaşlı qadın onun haqda polisə şikayət etməyib.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR