Marsda insan göründü
Bizi izləyin

Bilgi.az

Marsda insan göründü

Keçmiş NASA əməkdaşları 35 il əvvəl Marsda insan gördüklərini iddia edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə keçmiş NASA əməkdaşı radioya zəng edərək məlumat verib.

Jaki adlı qadın Marsda insan gördüyünü deyib, bu barədə heç vaxt məlumat yayılmadığını bildirib:

"O gün Marsda Viking kosmik gəmisindən gələn məlumatlara baxırdım. Birdən ekranda iki astronot gördüm. Onlar vikingə doğru gəlirdilər. Onlar daha əvvəl heç vaxt görmədiyim qoruyucu geyimlər geyinmişdilər. Həmin görüntüləri mənimlə birlikdə 6 NASA əməkdaşı da gördü".

NASA nədənsə hadisə ilə bağlı məlumat yaymayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm