Bilgi.az
İranlı atalar və qızları - FOTOLAR
Qadın problemləri və insan haqları ilə bağlı bir çox layihələrə imza atan jurnalist, fotoqraf Nəfisə Motlaq İranda yaşayan atalar və qızların şəkillərini yayıb.
Təqdim edilən fotolarda iranlı qızları ataları ilə necə yaxın münasibətdə olmaları görünür. Qızların heç də hamısı hicabda deyil. Ataları ilə münasibətlərini təsvir edən qızlar bu vaxta qədər İranla bağlı bəzi fikirlərin yanlış olduğunu göstərir.
Məsələn, atası mühəndis olan Neşa həftə sonu və tətillərdə atası ilə birlikdə müxtəlif gəzintilərə çıxdığını deyir.
Arezo atasının xalça satıcısı olduğunu və çox zarafatcıl biri olduğunu, ailə yığıncaqlarında atasının hamını güldürdüyünü deyib.
Fatimənin atası məsciddə kitabxanaçı işləyir. Fatimə deyir ki, atasının işinə görə insanlar onun müstəqil olmadığını düşünür.
"Amma bu, belə deyil. 15 yaşım olanda atam məni dostlarımla birlikdə beynəlxalq kitab sərgisinə göndərmişdi".
Bu şəkilləri çəkən Nəfisə Motlaq xarici ölkələrdə olarkən insanların İranın problemli ölkə olması barədə düşüncələrini görəndən sonra bu şəkilləri çəkmək qərarına gəlib. İranda müəyyən stereotiplərin olduğunu və mediada əsasən həmin məlumatların yer aldığını deyən N.Motlaq bu şəkillərlə İranda sosial sinif fərqinin olduğunu göstərməyə çalışıb.
Gülxar
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO