Qəza keçirdi, həyatının 20 ilini unutdu
Bizi izləyin

Bilgi.az

Qəza keçirdi, həyatının 20 ilini unutdu

İlgiltərədə bir qadın keçirdiyi avtomobil qəzasından sonra beyni zərər görüb və həyatı ilə bağlı bir çox məqamları unudub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 40 yaşlı qadın 20 yaşının olduğunu və 1990-cı illərdə yaşadığını düşünür.

4 il əvvəl qəza keçirən qadının yaddaşı hələ də yerinə gəlməyib. O hətta 14 yaşlı qızının olduğunu da qəbul etmək istəmir.

6 həftə komada olan qadın onu xəstəxanaya gətirən 3 xilasedicidən başqa heç kimi tanımadığını və heç nəyi xatırlamadığını bildirib. Onun sağ qalması möcüzə hesab edilir. Çünki qadın komada ikən yaxınları artıq onun sağalacağına ümidini itirmişdi.

Qadın sağ qalsa da, son 20 ildə yaşadıqlarını xatırlamır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm