Amerikanı qorxudan saxlayan manyak: bu dəfə o, qaça bilmədi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Amerikanı qorxudan saxlayan manyak: bu dəfə o, qaça bilmədi – FOTOLAR

Amerika məhkəməsi nəhayət ki, müasir dövrün ən qəddar silsilə qətllərini törətmiş şəxsə hökm çıxartdı. ABŞ-ın məhkəmə orqanları Rodni Alkalanı düz 3 dəfə elektrik stuluna oturtmağa çalışıblar. Onlarla günahsız qurbanın hiyləgər və qəddar qatili hökmdən yayına bilib. İndi isə cani edam hökmündən qaça bilməyəcək.

Publika.az günü bu günədək insan qanını donduran və dəhşətə gətirən qatilin keçmişini təqdim edir.

ABŞ cəmiyyətində insanlar arasında qorxu və çaxnaşma yaradan Rodni uzun müddət mühakimədən yayına bilib. O, Nyu-Yorkda Con Berqer saxta adı ilə yaşayaraq universitetdə müəllim və mesenat kimi çalışıb. Lakin Alkala FTB-dən daim gizlənə bilməyib. Qeyd edək ki, Alkala qeyri-adi gənc oğlan idi – o, Kaliforniya universitetini bitirib, İQ səviyyəsi 170 baldır və Alkala hələ 15 yaşında peşəkar fotoqraf idi.

Alkala 1970-ci ildə milli televiziyada yayımlanan məşhur şouda iştirak edir. Şounun qaydalarına görə, iştirakçı qızlardan biri (bu dəfə model Şeril Bredşou idi) xoşuna gələn 3 gənc oğlandan birini seçməli idi.

Sonralar elə bu şounun videoyazısına baxmaqla qatilin psixoloji durumu müəyyən olunub. O, qızların və iştirakçıların diqqətini parlaq gülüşü, hazırcavab replikaları və xarizması ilə cəlb edə bilib. Lakin psixoloqlar Alkalanın öz rəqiblərinə yalnız düşmən gözü ilə baxdığını qeyd ediblər.

Şou onun üçün dərhal döyüş meydanına, qızlar isə hər vasitə ilə ələ keçirilməli olan qurbana çevrilir. Lakin Şerli qadın intuisiyasına arxalanaraq fikrini dəyişir və manyakla görüşə getməkdən imtina edir. Həmin şounun bütün iştirakçıları Alkalanı nifrətlə qarşılayırdı, sanki, hələ o zaman onlar manyakın mənfur niyyətindən xəbər tutmuşdular.

Efirdən bir neçə ay sonra o, hələ 20 yaşı tamam olmayan bir qızı tikə-tikə doğradı. Bu, onun ilk qurbanı idi. Alkala uzun müddət həmin qızı ələ saldıqdan sonra qətlə yetirmişdi. Sonra isə o, qətlə yetirdiyi qızın şəklini "xatirə üçün" çəkib, meyitini isə heyvanların parçalaması üçün meşəyə tullamışdı.

Polis çətinliklə meyitin Korneliya Kriliyə məxsus olduğunu müəyyən edə bilib. Ölkənin ən yaxşı hüquq mühafizə orqanları axtarış aparana qədər Alkala, az qala, başqa bir zorlamaya görə həbsə alınacaqdı. Alkala həmin qızı tutdu, lakin qətlə yetirə bilmədi. Cinayət işi dəli-sübut azlığından uzanırdı. Lakin Alkala 3 il azadlıqdan məhrum edildi.

Bu zaman əyalətdə cinayət hadisələri, demək olar, səngidi. Lakin Alkala azadlığa çıxan kimi yenidən "köhnə işinə" qayıtdı. Məktəbli qıza onu evinə qədər yola salmaq təklifi etdi. Qız cəld tərpənərək polisə zəng vurdu. O, polislər gələnə kimi Alkalanı söhbətə tutmuşdu. Hadisə yerinə polislər gəldi və onu daha 2 il azadlıqdan məhrum etdilər.

Həbsdən çıxdıqdan sonra Alkala öz "fəaliyyətini" Kaliforniyada davam etmək istəmədi və başqa bir sahilyanı əyalətə köçür. Nyu-York şəhərində Alkala gənc qız Ellen Hoveri vəhşiliklə qətlə yetirdi. Polislər Ellenin qətlə yetirildiyi gün Berger adlı tanışı ilə görüşməli olduğunu müəyyən edir, lakin onlar bu adda adamı tapa bilmirlər. Alkala bu dəfə cinayətinin üstü açılarsa, cəzadan yayına bilməyəcəyini anladı. Ona görə də, Los-Ancelesə qayıtmalı oldu.

Bir ildən sonra manyak fotosessiya çəkməyə apardığı qızı qətlə yetirir. Alkala onun başını daşla əzərək uzun müddət kəmərlə qızı boğmağa başlayıb. Qızı öldürdükdən sonra da bir neçə dəfə zorlayıb. Cinayətin törədilməsində Alakala şübhəli şəxs idi, lakin heç bir sübut yox idi. Bu dəfə onu az dozalı marixuanaya görə həbs edə bildilər...

Nəyə görə bu qatil uzun müddət cəzasız qala bildi? Gülərüz hippinin sadəlövh qızları "tora" salmasına inanmaq çətin idi. Bundan əlavə, qızlara istedadlı fotoqrafın fotomodelinə çevrilmək təklifi şirnikləndirici gəlirdi. Elə bu yolla da, Alkala tibb bacısı Corciya Uikstedin mənzilinə soxularaq onu qadın corabları ilə boğub öldürmüş, sonra mətbəxdən tapdığı balta ilə qadının meyitini tikələrə doğramışdı. Cani hadisə yerində qan izləri qoysa da, onun cinayətini yenə sübut etmək olmadı. Çünki o zaman hələ də DNT analizinin aparılması üçün texnika mövcud deyildi, ona görə də, Alkala hələ də azadlıqda idi.

Beləliklə də, Alkala düz 80-ci illərin əvvəlinə kimi qətllərlə məşğul idi. Şarlotta Lem ayaqqabı bağı ilə boğuldu, balaca Robin Samso elə qəddarcasına öldürüldü ki, polislər əvvəlcə onun insan tərəfindən qətlə yetirilməsinə inanmadılar. Manyak onu hissələrə ayıraraq, tikələrini ətrafa səpələmişdi.

Robin Samsonun sayəsində polislər qatil-fotoqrafın cinayətlərinə sübut tapdılar. Axtarış aparan hüquq mühafizəçiləri Alkalanın evində Sietldə yerləşən qoruma kamerasına edilmiş ödəniş haqda qəbz tapırlar. Polislər kameranı açdıqdan sonra bu vaxta qədər edilmiş bütün cinayətlər onların gözləri önündən kino lenti kimi keçdi. Kamerada öldürülən qızların fotoları və iki qızın sırğası vardı. Samsonun anası qızının sırğasını tanıdı. Lakin Alkala bəzək əşyasının özünə məxsus olduğunu iddia edirdi. Onu Samsonun qətlinə görə ittiham edirdilər, lakin ağıllı cani düz iki dəfə hökmü ləğv etdirə bildi.

O, məhkəmə sistemini və Kaliforniya həbsxanalarının şəraitsizliyini pisləməkdə davam edirdi. Alkala özünü təmizə çıxartmaq üçün hətta kitab da yazırdı. Lakin manyak son anda onlarla qızı qətlə yetirdiyini etiraf etməli oldu.

Son prosesdə Alkala vəkilin xidmətindən imtina etdi və özü özünün müdafiəsinə qalxdı. Hökm yerinə yetirilənədək o, məhkəmə işçilərini tərəddüddə saxlaya bilmişdi. Lakin bütün sübutlar ona qarşı idi.

2009-cu ildə aparılan DNT analizindən sonra qızların qatilinin məhz Alkala olması və kamerada gizlətdiyi sırğanın qurbana məxsus olması müəyyən edildi. Alkala ən ağır cəza verdilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm