6 uşağını qoyub internetdə tanış olduğu adamın yanına getdi
Bizi izləyin

Bilgi.az

6 uşağını qoyub internetdə tanış olduğu adamın yanına getdi

İngiltərədə qadın 6 uşağını qoyub internetdə tanış olduğu adamın yanına qaçıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qadın 7-ci uşağına da hamilə olub.

Uşaqların ən böyüyünün 14, ən kiçiyinin 3 yaşı var. Uşaqlarına marketə gedirəm deyib, Avstraliyaya gedib. Qadının evdən qaçması ac qalan uşaqların nənələrinə zəng etmələrindən sonra müəyyən edilib. Nənə polisə xəbər verib. Polislər evə baxış keçirərkən, uşaqların pişiklərlə yaşadığını aşkarlayıb.

Avstraliyada 6 həftə qalmağı planlaşdıran qadın, polisin "tez qayıt" təklifini rədd edib. Ölkəsinə qayıdandan sonra qadın 6 aylıq gecikdirilmiş həbs cəzasına məhkum edilib. Hazırda uşaqlar nənə və babalarının yanında qalır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm