“Cadillac”, “Audi”, “Yaguar”, “Bentley” və 27 ilin maşını – dünya liderləri nə sürür? - FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Cadillac”, “Audi”, “Yaguar”, “Bentley” və 27 ilin maşını – dünya liderləri nə sürür? - FOTOLAR

Türkiyəyə səfər gələn Roma Papasının "avtomobil qalmaqalı" dünya liderlərinin hansı avtomobillərdən istifadə etdiyi məsələsini aktuallaşdırıb.


Qeyd edək ki, Papa "Fiat" markalı avtomobilinin "Albea" modelini istifadə edir.


Publika.az türk mediasına istinadən dünya liderlərinin sürdüyü avtomobilləri təqdim edir.


ABŞ prezidenti Barak Obama Amerika maraksı olan "Cadillac" avtomobilini sürür. Onun maşınına "Cadillac One" adı verilib.


Almaniya kansleri Angela Merkel "Audi" markasına üstünlük verir.


İngiltərə baş naziri Devid Kameronın maşını "Yaguar"dır.

Bu ölkənin kraliçası II Elizabeta "Bentley" markalı avtomobil sürür. Rusiya prezidenti Vladimir Putinin üstünlük verdiyi avtomobil "Mercedes Benz"dir. Ona xüsusi lüzumun hazırlandığı deyilir.


Çinin lideri Şi Cinpinq Çində istehsal olunan "Hongi" markalı avtomobildən istifadə edir.


Liderlər arasında ən ucuz avtomobil isə Uruqvay prezidenti Yose Mujikaya aiddir. O, 1987-ci ilin "Vosvo"sunu sürür.

Qeyd edək ki, ərəb şeyxi Uruqvay prezidentinin maşınını bir milyon dollara almaq istədiyini bildirib. Lakin Mujika maşınından itini gəzdirdiyi üçün imtina etmək istəməyib. O, bir gün maşınını satacağı halda, əldə edəcəyi puldan yoxsul ailələrə ev tikəcəyini açıqlayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm