Nudist kəndindən FOTOLAR
Bizi izləyin

Bilgi.az

Nudist kəndindən FOTOLAR

İlk baxışdan Böyük Britaniyanın Hertfordşir şəhərində yerləşən "Spielplatz" (oyun meydançası) kəndi sadə bir yaşayış bölgəsinə bənzəyir.

Lakin həqiqət bundan ibarətdir ki, kənd Britaniyanın ən qədim nudist koloniyasının yaşadığı məskəndir. Əgər bu kənddə yaşamaq qərarına gəlsəniz, bir şərtlə razılaşmalısınız: siz də onlar kimi çılpaq olmalısınız, əks halda, heç kim sizə ev satmayacaq. Kənd sakinləri hovuzda üzərkən, bağda işləyərkən belə, hər zaman çılpaq olurlar.

Kənd uzun müddət məxfi yer kimi saxlanılıb. Lakin 85 ildən sonra ilk dəfə olaraq bu barədə məlumat ictimaiyyətə açıqlanıb.

Ömrünün çox hissəsini kənddə keçirən 82 yaşlı İzolt Riçardson məxfi saxlanılan kəndin ictimailəşməsinin əleyhinədir. O deyib: "Nudistlərlə küçədə paltarda gəzişən insanlar arasında heç bir fərq yoxdur. Biz də sizin kimi normal həyat yaşayırıq".

Kəndin əsasını İzoltun atası Çarlz Makaski qoyub. O, 1929-cu ildə 12 akr sahəsi olan ərazini 500 funt sterlinqə alıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm