Bilgi.az
Avtobusda insident baş verdi - FOTO\VİDEO
Hindistanın Roxtak şəhərində avtobusda insident baş verib. Belə ki, iki bacı onlara sataşan aqressiv kişiləri kəmərlə döyüb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, üç kişi kollecdən çıxan tələbə qızları izləməyə başlayıb. Onlar bacıları təhqir edib və qızlara toxunub. Həmçinin də kişilər tələbə qızlara qarşı əxlaqsız təkliflər edib.
Bacılar avtobusa mindikdə kişilər onları izləməyə davam edib. Kişilər telefon nömrəsini kağıza yazaraq qızlara tərəf tullayıb. Bundan sonra 22 yaşlı Arati kişilərin üstünə çığırıb. Bunun cavabında isə kişilərdən biri qızın əlindən, digəri isə 19 yaşlı Pudcunun boynundan tutub. Kişilərin əlindən xilas olmaq üçün kiçik bacı kəməri çıxardaraq kişiləri döyməyə başlayıb. Onların sözlərinə görə, avtobusda baş verən hadisəyə yalnız hamilə qadın qarışmalı olub.
Pudcu deyib: "Sərnişinlər bizə dedi ki, müqavimət göstərməyək, əks halda, bizi zorlaya və ya üstümüzə turşu ata bilərdilər".
Video internetdə yayımlandıqdan sonra polis kişiləri tanıyaraq həbs edib. Roxtak şəhərinin daxil olduğu Xaryan ştatının hökuməti qızları mərdliyinə görə mükafatlandırıb. Onların hərəsi 31 min rupi (500 dollar) qazanıb.
Nura
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı