Fillər şəhəri darmadağın etdi, bir polis həlak olub -VİDEO
Bizi izləyin

Bilgi.az

Fillər şəhəri darmadağın etdi, bir polis həlak olub -VİDEO

Hindistanın Maysur şəhərində iki vəhşi fil aləmi bir-birinə qatıb.

Səhərin açılması ilə cəngəllikdən çıxan vəhşi heyvanlar qarşılarına çıxan hər şeyi aşırıblar.

Fillərdən biri Hindistanda müqəddəs sayılan inəklərə hücum edib. Sonra sərnişinlə dolu avtobusu aşırmağa çalışıb.

İkinci fil şəhər kolleclərindən birinin hasarını aşıraraq məktəbin həyətinə daxil olub. Polislər heyvanları neytrallaşdırmaq üçün yuxu gülləsi vurublar. Buna baxmayaraq, fillər polislərdən birini öldürüblər.

Hazırda fillər karantində saxlanılır. Bir müddət sonra onları yenidən cəngəlliyə buraxacaqlar.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm