Ölümdən sonrakı həyat – FOTOLARDA
Bizi izləyin

Bilgi.az

Ölümdən sonrakı həyat – FOTOLARDA

Müqəddəs insanların çürüməyən nəşləri bir çox alimlər üçün hələ də sirr olaraq qalır. Hətta skeptiklər bunu möcüzə adlandırmaqdan çəkinmirlər.

Publika.az xristian və buddist müqəddəslərinin yaxşı saxlanmış mumiyaları barədə məlumatları təqdim edir. Deyilənlərə görə, onlar ölümdən sonra həyatın davam etməsini sübut edərək nirvana mərhələsinə keçiblər.

Xambo-lama Daşi-Dorjo İtiqelov. Meyitin 87 "yaşı" var

Rusiyada müqəddəs nəşlər çoxdur, lakin qanuna uyğun olaraq onların üzü bağlı saxlanılır. Lakin mumiya var ki, tədqiqatçılar onları əsl fenomen hesab edirlər. Onlardan biri 1911-1917-ci illərdə Şərqi Sibirdə buddistlərin başçısı olan buryatiyalı xambo-lama Daşi-Dorjo İtiqelovun mumisyasıdır. Əfsanəyə görə, bir gün lama şagirdlərini başına toplayıb və onlara 1000 il yaşayacağını deyib. Bundan sonra o, lotos pozasında əyləşərək şagirdlərindən ölülər üçün nəzərdə tutulan duanı oxumalarını istəyib. Lakin şagirdləri diri ikən müəlliminə dua oxumaq istəməyiblər. Nəticədə, duanı lamamın özü oxumalı olub və lotos vəziyyətində donaraq qalıb. Onu elə lotos şəklində də basdırıblar. Onun cəsədi 2002-ci ildə eksqumasiya edilərək məzardan çıxarılıb. Alimlər onun bədənin hələ də yaşadığını və üzünü guya tər basdığını iddia edirlər. Meyiti ekspertizadan keçirdən tədqiqatçılar heyrətə gəliblər: onun dərisi yumşaqdır, saç və dırnaqları əvvəlki görünüşünü qoruyub saxlayır. Buryatlar onun ölmədiyinə, sadəcə, nirvanaya ucaldığına inanırlar.

Müqəddəs Zita (1212-1272), mumiyanın 742 "yaşı" var

Sağlığında Müqəddəs Zita qadın cildinə girmiş "Robin Qud" olub: o, imkanlı şəxslərdən oğurladığı yeməkləri kasıblara paylayarmış. Bu səxavətinə görə də Zita müqəddəs elan edilmişdi. Onun müqəddəsliyi 60 yaşında vəfat etdikdən sonra daha aydın göründü. 1580-cı ildə onun cənazəsi açıldı. Onun ölümündən 300 il keçsə də, Zita hələ də yasəmən və qızılgül iyi verirdi.

Subiri Bernadetta (1844-1879), meyitin 135 "yaşı" var

Dəyirmançının qızı hələ uşaq ikən gələcəyi görməsi ilə məşhur olub. O, Müqəddəs Məryəmi 17 dəfə "görüb". Bir çoxları onu müqəddəs hesab edirdilər, lakin keşişlər qızın yalan danışmasından şübhələnərək onu sualları ilə bezdirərdilər. O, 24 yaşında monastıra gedərək, 35 yaşında vərəm xəstəliyindən vəfat edənədək xəstə insanlara qulluq edərdi. Onun vəfat etməsindən 135 il keçsə də, Subirinin meyiti dəyişməz olaraq qalır. Üzündəki gülüş və çürüməyən nəşinə görə onu "yatmış gözələ" bənzədirlər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm