• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Arvadına xəyanət edən məmurları sərt cəza gözləyir

  • Maraqlı
  • 2 Dekabr 2014 15:30
  • 691 Baxış
Arvadına xəyanət edən məmurları sərt cəza gözləyir

Çin Xalq Respublikasında həyat yoldaşlarına xəyənət edən məmurların siyahısı tutulub.

Publika.az xəbər verir ki, yerli kommunist partiyasının əsas təbliğatçısı olan "Jenminjibao" qəzetində ölkə üzrə xəyanət edən məmurların statistikasını əks etdirən xəritə çap edilib.

Qəzet informasiyanı Çin Kommunist Partiyasının Mərkəzi Aparatından alıb. Aparatda yaradılan xüsusi komissiya Çində rüşvətxor məmurlara qarşı mübarizə aparır. Həmçinin həyat yoldaşına xəyanət edənlərin də siyahısını hazırlayır.

Çində ailə xəyanətləri də korrupsiyaya qarşı mübarizənin tərkib hissələrindən sayılır.

Xəritədə Çinin 12 vilayəti əks olunub. Ən az xəyanət edən Çinin Xubee vilayətidir. Bu il Xubee vilayətində cəmi 6 məmur xəyanət edərkən yaxalanıb.

Ən pis vəziyyət isə Pekindədir. Pekin kommunistləri xəyanətə daha çox meyillidirlər.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR