Gecə yol qəzalarının qarşısını almaq üçün bu üsula əl atdılar
Bizi izləyin

Bilgi.az

Gecə yol qəzalarının qarşısını almaq üçün bu üsula əl atdılar

İsrailin Nəqliyyat Nazirliyi gecə baş verən yol qəzalarının qarşısını almaq üçün yeni bir kampaniyaya başlayıb.

Publika.az xəbər verir ki, nazirliyin təşəbbüsü ilə İsrailin iri yanacaqdoldurma məntəqələrində gecəyarıdan səhər saat 6-dək sürücülərə öz qiymətindən 5 dəfə ucuz, cəmi 1 şekelə (təxminən 20 qəpik) 1 fincan kofe təklif olunur.

Kofe alan sürücülərə gecə avtomobil idarə etmə qaydaları haqqında yol təhlükəsizliyi mərkəzinin məsləhətlər kitabçasi da təqdim olunur.

Nazirlikdən verilən şərhdə bildirilir ki, yorğunluq və yuxusuzluq gecə qəzalarının əsas səbəbidir. "Bu kampaniyanın məqsədi də sürücüləri oyaq saxlamaqdır. Hesab edirik ki, bu üsul gecə qəzalarının sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək"- nazirlikdən bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm